Əbdül Əziz ibn Həbtur: “Sionist rejim, ömrü məhdud olan uydurma bir rejimdir”

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Baş naziri Əbdül Əziz ibn Həbtur muzdlu terrorçulara xəbərdarlıq ediblər:

“İndiki muzdlular keçmiş muzdlulardan dərs almalıdırlar. Bilsinlər ki, 1967-ci ildən “Ədn”ə qayıda bilməyiblər”.

O bildirib ki, sülh istəyən hər kəs, pəncərələrindən deyil, sülh qapılarından girməlidir:

“Bu, təcavüzü dayandırmaq və Yəmənin mühasirəsini qaldırmaqla mümkündür. ABŞ-ın humanitar işlərin hərbi işlərlə dəyişdirilməsində israrının məqsədi, zahirdə də olsa, Sənanı təslim olmağa tərəf çəkməkdir. Yəmənə hücumun üçüncü ilində bizə zahirən də olsa, təslim olmağı təklif etdilər. Bundan sonra hər şey həll olunacaq və muzdluları adi vətəndaşlar kimi, hətta həbsxanaya da qaytaracaqlarını dedilər.

iz, liderlərin, partiya və təşkilat maraqlarından söhbət etmirik. Əksinə, Yəmən xalqının maraqlarından söhbət edirik. Yəmən xalqının iradəsini sındırmaq mümkün deyil. Tarixin göstərdiyi budur. Biz hələ də mühasirədəyik. Buna baxmayaraq, vətəndaşların təhlükəsizliyi və maraqları üçün məzənnəni və qiymət sabitliyini qoruduq”.

Baş nazir sözlərinə əlavə edib ki, sionist rejim, ömrü məhdud olan uydurma bir rejimdir:

“Zəif ərəb ölkələri öz rejimlərini dəstəkləmək üçün sionist rejimlə münasibətlər qurmağa çalışdılar. Ancaq bu, onları heç bir şəkildə qoruyub saxlamayacaq.

Fələstin məsələsindəki mövqeyimiz müqəddəs bir vəzifədir. Qüdsün və Fələstin torpağının azad edilməsi məsələsi dinimizdə və mədəniyyətimizdə əsas məsələdir”.