"Beşiktaş" qələbəni əldən verdi

Dekabrın 3-də futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.

Axar.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 12-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Can Bozdoğan açıb. Lakin matçın 82-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Umut Bozok hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, son çempion “Beşiktaş” növbəti dəfə xal itirərək turnir cədvəlində 21 xalla doqquzuncudur.

Turun digər matçları isə dekabrın 4, 5 və 6-da keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 36 xalla “Trabzonspor” başçılıq edir. Ondan 10 xal geri qalan “Konyaspor” ikinci, sonuncu ilə eyni xala malik olan “Hatayspor” isə üçüncü pillədə qərarlaşıb.