Beynəlxalq Atom Agentliyi yenidən İranla danışıqlara başlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Atom Eenerjisi Təşkilatı ilə yerdə qalan məsələlər haqda danışıqlara başladığını elan edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafel Qrossi tvitter səhifəsiondə yazıb.

Ötən gün Vyanada İranın Atom Eenerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşdüyünü yazan R.Qrossi rəsmi Tehran tərəfi ilə “nüvə zəmanətləri” barədə danışıqların aparıldığını deyib.

Qeyd edək ki, nüvə sazişinin bərpa edilməsi istiqamətində olan maneələrdən biri də İranda nüvə obyekti kimi elan edilməmiş üç yerdə “uran qalıqlarının tapılmasıdır.” İran nüvə sazişinin bərpa edilməsi üçün qarşı tərəfin iddia etdiyi bu məsələyə xitam verilməsini istəyir, onun ABŞ və İsrail tərəfindən qondarıldığını və ortaya atıldığını bildirir.

İranın xarici işlər naziri Hüseyn Əmir Əbdullahiyan bundan öncə bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində ABŞ Tehranı nüvə sazişinin bərpası ilə bağlı birbaşa danışıqlar aparmağa çağırıb. İran XİN rəhbəri bu təklifin rədd edildiyini açıqlayıb.