BMT rəsmisi: “Əfqanıstanın hər yerində humanitar problemlər var”

“Əfqanıstanın hər yerində humanitar problemlər var”.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov bildirib.

“Humanitar əlçatanlıqla bağlı problemlər Əfqanıstanın bütün bölgələrində mövcuddur”, - o, söyləyib.

BMT rəsmisinin sözlərinə görə, “Taliban” qruplaşması BMT-dən Əfqanıstanda fəaliyyətini davam etdirməsini istəyib.

R.Ələkbərov Əfqanıstanda səhiyyə sferasının tədricən stabilləşdiyini qeyd edib.