Britaniya və Norveç səfirləri Tehranda XİN-ə çağırılıblar

Britaniyanın və Noveçin səfirləri İranda iğtişaşlara fərqli dəstəklərin verilməsinə görə Tehranda Xarici İşlər Nazirliyinə çağırılıblar.  

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Bildirilib ki, Britaniyada olan bir sıra farsdilli telekanalların və media qurumlarının İran İslam Respublikasına qarşı təbliğatı, habelə insanları iğtişaşlara və xaosa çağırışlarına görə bu ölkənin səfiri XİN-ə çağırılıb və rəsmi Tehranın kəskin etirazı bildirilib.

Eləcə də Norveç Parlamentinin sədrinin İranın daxili məsələlərinə müdaxiləsinə görə, bu ölkənin səfiri Tehranda XİN-ə çağırılıb və rəsmi Tehranın etirazı bildirilib.

Qeyd edilir ki, mərkəzi Londonda yerləşən “BBC.Farsi”, habelə burada yerləşən və Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi “İran-İnternational” telekanalı İranda olan iğtişaşları işıqlandıran və hətta iğtişaşçıları istiqamətləndirən əsas media qurumlarıdır.