Bu dünyanın həqiqəti

Həqiqətən də Allahdan başqasına(ev, övlad,qadın,pul, avtomobil,vəzifə, boy-buxun və s) ifrat bağlılığın və onu qəlbin dərinliklərinə daxil etməyin sonu həsrətdir. Bu həqiqəti inkar etmək mümkün deyil. Özünü aldatmaq istəyənlər gərək məsləhətə qulaq assın. Çünki gec ya tez bunu dərk edəcəklər. Dərk etmək istəməyənə həyat məcburən başa salacaq. 
Əslində bu Quranın məntiqidir. Çünki bu dünya vasitələri bizə hədəfə yetişmək üçün üçün verilib. Insanların çoxu isə bu vasitələrə başı qarışır və məqsədi unudur.Ölümü - həqiqəti unudur. Elə bilir ki, bu dünyada əbədidir.
Halbuki biz ancaq Allahı istəyirik. Fəqət bunun fərqində deyilik. Fitrətimiz ləzzətpərəstdir amma cavabı bu dünyada deyil. Biz isə bu dünyada ləzzət almaqda israrlıyıq. Həmin bu ləzzətlər ki, bağlanırıq,asılı vəziyyətə düşürük və bizi həsrət və peşmançılığa yuvarladır. 
Təbii ki, həddində təyin olunmuş ləzzətlərin(şəri halallar) öz əndazəsində yəni ifrata varmamaq şərtilə olduğu kimi qəbul edilməsi bura aid deyil.

Vüsal Nadiroğlu
Sosial psixoloq
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü