Bu il Aşura günü Kərbəla zəvvarlarının sayı 6 milyon nəfərdən çox olub

Kərbəla valisinin müavini Əli əl-Miyali bu il Aşura günü Kərbəla zəvvarların sayının 6 milyondan çox olduğunu açıqlayıb.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Əl-Miyali İraqın "Sumaria" telekanalına verdiyi müsahibədə Aşura zəvvarlarının sayı ilə bağlı deyib: "Aşura günü 2200 zəvvar karvanı Kərbəlaya daxil oldu.

O, həmçinin bu mərasimdə 500 ağır texnikanın iştirak etdiyini, tədbirin təhlükəsizliyini 30 mindən çox təhlükəsizlik qüvvəsi təmin etdiyini bildirib. Digər tərəfdən İraq Media və Kommunikasiya Təşkilatı da elan edib ki, Aşura mərasimini işıqlandırmaq üçün 197 media qurumu və 40 komanda iştirak edib ki, onlardan 78 telekanalı və 300 jurnalisti qeyd etmək olar.