Burkino-Fasoda dövlət çevrilişi olub

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Burkino-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni devirdiklərini elan ediblər.

Prezident Rok Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Hərbçilər keçid hökumətinin formalaşacağını və ölkənin bütün beynəlxalq öhdəliklərə sadiq olacağını da bildiriblər.

BMT-nin Baş katibi Antonio Quterreş Burkina-Fasodakı çevrilişi pisləyib və çevriliş liderlərini silahlarını yerə qoymağa çağırıb.

Quterreş sözçüsü Stephane Dujarric vasitəsilə Burkina-Fasodakı hadisələri dərin narahatlıqla izlədiyini bildirib.

Prezident Rok Kristian Kaborenin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edən Quterreş çevrilişi şiddətlə pisləyib.

Çevriliş liderlərini silahlarını yerə qoymağa, ölkə prezidentini və qurumlarını qorumağa çağıran Quterreş, Burkina-Fasodakı bütün tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb.