DİN məlumat yayıb ki,Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
B. Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Müdafiə tərəfi məhkəmə qərarı ilə razı deyil və həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.
Azadlıq Qəzeti
Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi (yenilənib)