04 June 2021

Aksiya işində finiş zamanı

Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin bir qrupunun məhkəmə istintaqı bitib.

Mühakiməni 2021-ci ilin fevral ayında Səbail Rayon Məhkəməsi başlayıb. Təqsirləndirilən şəxslər üç qrupa bölünüb. Prosesdə Bakı Apellyasiya Məhkəməsinin iclas zallarından istifadə olunur.

Dəstəkləyir, amma nəzarət edə bilmir – “Liberation”

Fransanın “Liberation” qəzetində “Rusiya Belarusu dəstəkləməyə məcbur olsa da, ona nəzarət edə bilmir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Moskva börosunun müxbiri Leo Vidal-Jirodur.

Novator.az saytının məlumatına görə, müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında münasibətlər gərgin olsa da, Moskva Minski dəstəkləməyə davam edir: “Səbəb Belarusun Qərb düşərgəsinə düşə biləcəyi qorxusudur”.

İki media təmsilçisi minaya düşüb həlak oldu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-ü Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub.

Türkiyədə kiprli türk jurnalistin 25 il əvvəl qətli ilə bağlı istintaq başladılıb

İstanbul prokurorluğu çərşənbə axşamı kiprli türk jurnalistin 25 il əvvəl öldürülməsi ilə bağlı istintaqın başladıldığını bildirib. İstintaq mafiya liderinin keçən ay jurnalistin keçmiş türk nazirlərindən birinin əmri ilə qətlə yetirildiyini deməsindən sonra başlasılıb.

Cinayətkar dəstənin məhkum edilmiş lideri Sedat Pekerin “YouTube”da 1990-cı illərdə mühakiməsiz qətllər barədə təsdiqlənməmiş iddiaları bu on il ərzində yüzlərlə insanın açılmamış cinayətlərini Türkiyədə yenidən gündəmə gətirib.

Bakıdakı məscidlə bağlı 600 min manata yaxın qaz borcu iddiası

“Azəriqaz” iddia edir ki, bu borc 2014-2015-ci illərdən qalıb

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsün Səlim” məscidinin rəhbərliyi “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib. Səbəb isə “Azəriqaz”ın məscidə 592 min 412 manat borc yazmasıdır. Məscid rəhbərliyi deyir ki, 600 min manata yaxın qaz pulu borcu əsassızdır.

“Azəriqaz” isə iddia edir ki, bu borc 2014-2015-ci illərdən qalıb və ödənilməyib.