04 September 2021

Bu dünyanın həqiqəti

Həqiqətən də Allahdan başqasına(ev, övlad,qadın,pul, avtomobil,vəzifə, boy-buxun və s) ifrat bağlılığın və onu qəlbin dərinliklərinə daxil etməyin sonu həsrətdir. Bu həqiqəti inkar etmək mümkün deyil. Özünü aldatmaq istəyənlər gərək məsləhətə qulaq assın. Çünki gec ya tez bunu dərk edəcəklər. Dərk etmək istəməyənə həyat məcburən başa salacaq. 

Seyid Muhəmməd Səid Təbatəbai Həkim

Şiə təqlid müctəhidlərindən biri olan Seyid Muhəmməd Səid Təbatəbai Həkim təqlid müctəhidi Seyid Möhsün Həkimin nəvəsidir. Muhəmməd Səid Həkim hövzədə təhsilə uşaq yaşlarından başlamış və o, Möhsün Həkim, Hüseyin Hilli və Əbül Qasim Xoyinin tələbəsi olmuşdur. Səid Həki gənc yaşlarından fiqh və üsul  kimi ixtisaslaşmış dərslər, əxlaq və təfsir kimi digər sahələri tədris etmişdir. O, fiqh, üsul, teologiya və sosial məsələlər kimi mövzularda əsərlər yazmışdır.