07 September 2021

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.

`Baş memar icra başçısının bacısı oğlu ilə birgə o evləri sökürdü`

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev, İH-nin mütəxəssisi Babək Zalıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda şahidlər dindirilib.

 

2016-2019-cu illərdə Məhəmmədi bələdiyyəsinin sədri olmuş Xaləddin Məmmədov istintaqa verdiyi ifadəni təsdiq etməyib.

 

Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı

Azərbaycanlı qanuni oğru “Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.

2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əldə etdiyimiz məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan “Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.