10 September 2021

Türkiyə rəsmisi "Taliban" ilə əlaqə qurmaqdan danışdı

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Fəridun Sinirlioğlu "Taliban" qruplaşması ilə bağlı açıqlama verib.

 

O, verdiyi açıqlamada vurğulayıb ki, mərhələli addımların hədəfə çatmaq üçün doğru yol olmasına Türkiyə hökuməti inanır.

 

"Verdikləri sözü yerinə gətirib gətirməyəcəklərini onlarla əlaqə qurmadan bilmək mümkün deyil. Çünki Əfqanıstan hal hazırda önəmli yol ayrımındadır", - deyə Fəridun Sinirlioğlu diqqətə çatdırıb.