14 September 2021

Xidmət rəisinin müavini Cəlilabadın, təhsil idarəsinin müdiri isə Şəmkirin icra başçısı oldu

Prezident sərəncam imzalayıb

Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev sentyabrın 14-də bununla bağlı sərəncam imzalayıb.

Rafiq Cəlilov bu vaxta qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.

Monteneqroya giriş şərtləri sərtləşdirilib

Monteneqroya giriş qaydalarının sərtləşdirilməsi haqqında avqustun 20-də qəbul edilmiş tədbirlər qüvvəyə minib.

Bu barədə ölkənin milli televiziyası məlumat yayıb.

Qüvvəyə minən məhdudiyyətlərə görə, tam peyvəndləməsindən 14 gün keçmiş şəxslərə ölkəyə daxil olmaq hüququ yalnız o halda verilir ki, həmin şəxslər ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış PCR testinə və ya sürətli anticisim testinə malik olsunlar.

Bu gün daha bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunacaq

Bu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir.

Deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-da nəzərdə tutulub.

Belə ki, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətiriliblər. Onların aralarında vaxtı ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər də var.