02 November 2021

Kabildə kamikadzelər xəstəxanaya hücum etdilər

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə silsilə partlayışlar baş verib.

Belə ki, terrorçu-kamikadze İctimai Sağlamlıq Nazirliyinin yaxınlığındakı xəstəxananın yanında partlayış törədib.

Partlayışdan sonra atışma başlayıb.

Ardınca isə daha bir partlayış baş verib. Bir qrup terrorçu-kamikadze binaya soxulub. Onlarla “Taliban” qüvvələri arasında atışma başlayıb.

Ölən və yaralananların olduğu qeyd edilir.

Partlayışlar barədə məlumatı “Taliban” təmsilçisi Bilal Kərimi təsdiq edib.

Ceyhun Bayramov və Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən SalamNews-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Müsəlman Birliyi Hərəkatından Cahad Babakişizadəyə dəstək

Nardaran hadisələri zamanı güllə yarası alaraq həbs olunan Cahad Babakişizadə ətrafında yaranan vəziyyətə Müsəlman Birliyi Hərəkatı reaksiya bildirib. Hərəkatın idarə heyəti üzvüləri Cahad Babakişizadənin fiziki zora məruz qalması, qeyri-insanı davranışlarla üzləməsini öz sosial planformalarında  kəskin tənqid ediblər.

 

Azərbaycanın şəhər və rayonları özlərini maliyyələşdirə bilərmi?

İqtisadçı: ““Rayonlar özünü dolandırır fikri” mif və baş aldatmaqdır”

Növbəti ilin büdcəsindən bəzi rayon və şəhərlərə vəsait ayrılmayacağı bildirilir.
Söhbət ümumilikdə 52 bölgədən gedir.

Anlaşılan odur ki, bu rayonlar özləri özlərini maliyyələşdirəcək. Beləliklə, 2022-ci ilin dövlət büdcəsindən yalnız 14 rayona vəsait ayrılacağı qeyd edilir.

Bunlar isə əsasən, işğaldan azad edilən bölgələrdir.

Dünya çempionatı: Azərbaycanın 2 boksçusu medalı təmin edib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünü keçirib.

"Report"un məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev yarımfinala vəsiqə uğrunda hindistanlı Narenderlə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmadan qələbə ilə ayrılan Abdullayev yarımfianala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda ermənistanlı Davit Çaloyanla qarşılaşacaq.

Azərbaycan daha 11 nəfərin meyidini Ermənistan tərəfə təhvil verib

Turan: Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunmuş daha 11 hərbiçinin meyitlərini Ermənistan tərəfə təhvil verib.

Ermənistan KİV-lərinin məlumatına görə, meyitlər Füzuli rayonunun Qırmızı Bazar kəndində Rusiya sülhməramlılarının müşaiyəti ilə təhvil verilib.

Həlak olan şəxslərin kimliyi məhkəmə-tibb ekspertizasından sonra müəyyən ediləcək.

2020-ci il noyabrın 10-da hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan 1 697 nəfərin meyidini Ermənistana təhvil verib.

Ukrayna hazır deyil: Donbas savaşı başlasa, ağır məğlubiyyətlə üzləşə bilər

Rusiya-Ukrayna qarşıdurması dərinləşsə də, yalnız öz maraqlarını düşünən ABŞ və NATO-dan umulan hərbi-siyasi dəstək hələlik müşahidə olunmur; Üstəlik, “Bayraktar TB2” qalmaqalı Türkiyəni narazı saldı, fəallaşan Fransaya isə siyasi gərginliyi artırmaq imkanı verdi...

Rusiya-Ukrayna qarşıdurması yenidən dərinləşir. Bəzi Qərb siyasi dairələri Bu iki ölkə arasında növbəti dəfə savaş ehtimalının artdığını iddia edirlər. Və tezliklə ilk hərbi toqquşmanın baş verə biləcəyini vurğulayırlar.

Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı (TAM MƏTN)

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi göndərib.

SalamNews layihənin tam mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Milli Məclisi,

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq,

Nardaran məbusunun işgəncə ilə bağlı səs yazısı yayılıb.

Ötən gündən mətbuatda haqqında məlumatlar dolaşan Nardaran məhbusu Cihad Babakişizadənin 12-saylı cəzaçəkmə müəssisəsində aclıq etməsi ilə bağlı yeni detallar üzə çıxıb. Belə ki, həbsxana rəhbərliyinin təşəbbüsü ilə məhbus, yaxınları ilə bir neçə dəqiqə sürən səs yazısı sosial media üzərindən  yayılıb və səs yazısında yer alan fikirlər içində maraqlı məqamlardan biri də məhbusun öz dilindən ciddi işgəncələrə məruz qalma faktıdır. Danışığında halsızlığı hiss olunan Babakişizadə müəssisədə ciddi təzyiqlər altında olduğunu və ağır igəncələr aldığını bildirib.

Hicablı basketbolçu internetdə gözlənilməz uğur qazanıb və qızlar üçün idman düşərgələri şəbəkəsi açmaq qərarına gəlib

Gənc amerikalı basketbolçu Jamad Fein öz nümunəsi ilə ölkədəki bir çox qızları ruhlandırıb. O, ABŞ-da qızlar üçün idman düşərgələri şəbəkəsi açıb ki, burada əsas diqqət basketbolun öyrənilməsidir. “Aydındır ki, hələ heç kim hicablı və bizim ənənəvi geyimimiz olan basketbolçunu görməyib, buna görə də mənim qərarım bu qədər səs-küy yaratdı”-deyə o, BBC müxbirlərinə bildirib. “İndi bir çox insan hicablı müsəlman qadının idman etdiyini görə biləcək və bundan sonra təəccüblənməyəcək.

Amnistiya Aktının kimlərə şamil olunacağı müəyyənləşib

8 noyabr - Zəfər Günü ilə bağlı hazırlanmış Amnistiya Aktı Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil olunacaq.

Ulduz futbolçu MLS-dən imtina edib

“İnter”in hücumçusu Aleksis Sançesin karyerasını ABŞ-da davam etdirmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, Çili millisinin üzvü MLS-də oynamağa razılıq verməyib.

Yerli klublardan biri 32 yaşlı forvarda 2023-cü ilin dekabrına qədər nəzərdə tutulan müqavilə təklif edib. Milan təmsilçisi onun qış “transfer pəncərəsi”ndə gedişinə çalışsa da, futbolçu özü bundan imtina edib. Sançes karyerasını Avropada davam etdirmək fikrindədir.

Sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinə hücum ediblər

Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin yaşıl işığı ilə Əl-Əqsa məscidinə hücum ediblər.

ABNA24 Xəbər Verir,"Fələstin Əl-Youm"un məlumatına görə, sionist qəsəbə sakinlər, hələ də fələstinlilərin müqəddəslərinə qarşı düşmənçilik hərəkətlərini davam etdirirlər. 

Məlumata əsasən, sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinin həyətlərinə basqın edib, bir sıra anti-İslam şüarları səsləndirdikdən sonra fələstinlilərlə toqquşublar. 

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya yeni S-500 zenit raket sistemlərini Çin və Hindistana tədarük edə bilər.

Giperssilka Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.

“Bu sistem vacib həcmdə orduya tədarük ediləcək, daha sonra isə ixracı mümkün olacaq. Biz uzun müddətdir tərəfdaşlıq əlaqəmizin olduğu Hindistan, Çin və bütün digər dövlətlərə bu yeni sistemlərin gələcək sahibləri qismində baxırıq”, – deyə o bildirib.

Türkiyədə İŞİD-ə zərbə vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə İŞİD terrorçu qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.   Bu barədə Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.   Məlumatda vurğulanır ki, polis təkcə Samsun şəhərində İŞİD üzvü olmaqda şübhəli bilinən 8 nəfər İraq vətəndaşını saxlayıb.   Ümumi olaraq saxlanılanların sayının 25 nəfər olduğu diqqətə çatdırılır. 

Kabildə hərbi hospital qarşısında silsilə partlayışlar törədilib, ölənlər var

Kabildə hərbi hospital qarşısında iki dəfə partlayış törədilib. Burada olan Taliban qüvvələrindən ölənlər var.

SalamNews AamajNews-a istinadla xəbər verir ki, bu barədə Taliban hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Qari Səid Xousti açıqlama verib.

Bildirilib ki, bu gün 400 yatağı olan hərbi hospitalın qarşısında iki dəfə partlayış törədilib və daha sonra naməlum silahlılar xəstəxanaya hücum ediblər.

Dünya liderləri İqlim Dəyişikliyi ilə bağlı zirvə toplantısına başlayıb

Dünyanın 100-dən çox lideri bazar ertəsi İqlim Dəyişikliyi ilə bağlı BMT-nin iki həftəlik zirvə toplantısında işə başlayıb. Konfransda diqqət mərkəzində olan sahələrə emissiya hədəfləri ilə bağlı vədlər və iqlim dəyişikliyi təsirlərinin öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı ayrılması məsələləri yer alır.

ABŞ prezidenti Co Bayden Amerikanın qlobal istiləşmənin qarşısının alınmasına yönəlmiş öhdəliklərini açıqlayıb.

Nurməhəmmədov və keçmiş Real Madrid ulduzu BƏƏ-də futbol akademiyası qurublar

Dubayda keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun “Real Madrid”, “Milan” və Hollandiya millisinin keçmiş ulduzu Klarens Zeedorfla birgə təsis etdiyi futbol akademiyasının təntənəli açılışı olub. Bu pilot layihədir. Gələcəkdə iki tanınmış idmançı bütün dünyada məktəblər açacaq.

Səudiyyə Ərəbistanı yollarsız və avtomobilsiz şəhərin inşasına başladı

Səudiyyə Ərəbistanı 170 km uzunluğunda düz xətt şəklində yeni şəhərin tikintisinə başlayıb.

“Qafqazinfo” “Forbes.ru”ya istinadən xəbər verir ki, 170 km uzunluğunda olan şəhər Qırmızı dəniz sahilindən Tabuk əyalətinin paytaxtına qədər məsafəni əhatə edəcək.

Yeni şəhərdə yollar və avtomobillər olmayacaq. Bütün nəqliyyat isə yeraltı həyata keçiriləcək.

Şəhər ilk sakinlərini və turistləri 2024-cü ildən qəbul etməyə başlayacaq. Hazırda sözügedən şəhərin inşasında 1500-dən çox işçi çalışır.

İddia: Azərbaycan İsraildən orta mənzilli raketlər alıb

Azərbaycanın İsraildən I-Derby ER ailəsinə aid orta mənzilli hava-hava tipli Python-5 raketləri aldığı və bu tip raketlərin MiQ-29 reaktiv təyyarələrinə quraşdırıla biləcəyi bildirilib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Amerika mətbuatı Azərbaycan Respublikasının İsrailin “RAFAEL Advanced Defence System Ltd” şirkətindən hər biri 300 min dollar dəyərində “Pyhton-5” raketləri aldığını yazıb. “At və unut” tipli bu raketin sürəti səs sürətindən 4 dəfə çoxdur. Yazıda Azərbaycan Respublikasının İsraildən nə qədər raket aldığı qeyd olunmayıb.

Özəlləşdirmədə 26 ildə dəyişən, dəyişməyən...

Oktyabrın 29-da Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda dövlət müəssisələrini özəlləşdirmə prosesi 1995-ci ildən başlayıb. Bütünlükdə özəlləşdirmənin dövlətə, biznesə nə kimi faydası olub? Onları kim özəlləşdirib? Daha hansı iri dövlət müəssisələri özəlləşdirilə bilər?

Koronavirus bəhanəsilə aparıb, narkotik ilə ittiham etdilər

"Oğlum Amil Paşa oğlu Kərimlini oktyabrın 8-də evdən vaksinasiya bəhanəsi ilə apardılar".

Bu sözləri Vetenugrunda.az-a Gəncə şəhəri Ələkbər Rəfibəyli küçəsi bina 16, ev 43 ünvanında yaşayan Kərimova Aida Zülfüqar qızı deyib. Onun oğlu, 1982-ci il təvəllüdlü Amil Kərimlini 8 oktyabr tarixində anasının gözü önünüdə maşına basıb aparıblar. Səbuhi adlı sahə müvəkkili onların evinə gəlib və koronavirusa qarşı vaksin olmaları ilə maraqlanıb:

BMT Təhlükəsizlik Şurası noyabrda Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

Eastnews.org-un verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.   Bu barədə ötən gün mətbuat konfransında Meksikanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires bildirib.   “Noyabrın 9-da bərabərsizlik və münaqişə ilə bağlı açıq debat keçiriləcək. Meksika Prezidenti Andres Manuel Lopez Obrador sədrlik edəcək.

Suriyada terrorçular toqquşdu

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın Hələb şəhərinin Maranaz bölgəsində Türkiyənin dəstəklədiyi terrorçular radikal yaraqlılara hücum edib.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, baş verən hadisə zamanı hər iki tərəfdən onlarla terrorçu ölüb.   Bölgədə şiddətli döyüşlərin getdiyi diqqətə çatdırılır. 

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Husilər Mərib şəhərinin dinc yolla təslim edilməsini təklif ediblər

 Yəməndə ən şiddətli döyüşlərin getdiyi Mərib şəhərində husilər irəliləməkdədirlər. Şəhərin cənubunda bəzi kəndlər dinc yolla Husilərə təhvil verilib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Husilərin rəhbərlik etdiyi Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buxeyti şəhərin dinc şəkildə təslim edilməsi təklifini yenidən səsləndirib.

Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.