03 November 2021

İraqın Səddama görə Küveytə olan təzminat borcu açıqlandı

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, İraq Səddam Hüseyn rejimi tərəfindən 1990-cı ildə edilən hücuma görə Küveytə ödəməli olduğu təzminatı gələn il tam ödəyib bitirəcək.

Bu barədə İraq Baş nazirinin maliyyə müşaviri Məzhər Məhəmməd Saleh bildirib.

Gələn ilin əvvəlində Bağdad Küveytə edilən ödənişləri – BMT TŞ tərəfindən İraqın 1990-cı ildə qonşu əmirliyə soxulmasına görə təyin edilən ödənişləri tam şəkildə başa çatdıracaq”, – deyə o qeyd edib.

Bəhreyn Livandakı vətəndaşlarına xəbərdarlıq yaydı

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn Livandakı bütün vətəndaşlarından mümkün qədər tez ölkəni tərk etmələrini xahiş edib.   Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatında Livandakı bütün Bəhreyn vətəndaşlarından ehtiyat tədbirlərinin görülməsini tələb edən gərgin vəziyyətlə əlaqədar dərhal ölkəni tərk etmələri tələb olunub.

Rusiyada radarlardan itən təyyarə qəzaya uğrayıb

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Qurban Qurbanov: "Məğlubiyyətsiz qaçışdan bezmişəm"

“Bizi çox gözəl oyun gözləyir".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la keçiriləcək oyun haqda danışarkən deyib.

Sabah Qazaxıstanda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransına qatılan 49 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Bilirik ki, "Kayrat" matça tam hazırdır. Onların qələbəyə ümidləri var. Amma biz də üç xalla ayrılacağımıza ümid edirik".

Rusiya AÇIQLADI: Azərbaycan və Türkiyənin irəli sürdüyü “altılıq platforması”a keçməyin vaxtı çatıb

 

Biz Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəkləyirik.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Rusiya Suriyadakı kürd bölgələrində təlimlər keçir

Eastnews.org-un verdiyi xəbərə görə, müxalifət mənbələri Rusiya qüvvələrinin Suriyanın şimalında təlimlər təşkil etdiyini bildirib.   Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, yeni təlim Rəqqənin şimalında (Suriyanın şimalı) Eyn-İsa bölgəsində keçirilib.   Müşahidə Qrupunun bildirdiyinə görə, mərkəzin təlimi Suriyanın şimal və şimal-şərqində kürdlərin "muxtariyyət" tərəfinin mərkəzi olan şəhərin şərqində keçirilib. Bu bölgənin ünsürləri ABŞ-a aiddir.

Alulbeyt Mərkəzində Şeyx Mosulinin anım mərasimi keçirilib

Az.shafaqna.com xəbər verir ki, Qumda Alulbeyt Mərkəzində Şeyx Mosulinin anım mərasimi keçirilib.

Anım mərasimində Ayətullahül Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristaniyə başsağlığı vermək üçün çox sayda dini və ictimai xadim cəm olmuşdular.

Mərasimdə Höccətülislam Şeyx Məhəmməd Əli Mosulinin dini-ictimai fəaliyyəti, xüsusilə Rusiyadakı fəaliyyəti yüksək qiymətləndirilib.

İranın neft naziri tankerin ABŞ qüvvələrindən azad edilməsinə görə ölkə ordusuna təşəkkür edib

İranın neft naziri İslam İnqilabının Keşikiçilər Ordusuna təşəkkür edib.

SalamNews xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci rəsmi tvitter səhifəsində yazıb.

O, bu gün Oman dənizində İran və ABŞ dəniz qüvvələri arasında baş verən insidentə münasibət bildirib və İslam İnqilabının Keşikiçilər Ordusunun (Sepah) Dəniz Qüvvələrinə təşəkkür edib.

Çempionlar Liqasının rekordçusu: “100 oyun keçirəcəyimi və bu qədər çox qol vuracağımı heç vaxt düşünməzdim”

 

“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə oyunun qəhrəmanı seçilib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard komandasının 5:2 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atıb.

Bununla Levandovski Çempionlar Liqasında çıxdığı 100-cü görüşündə qollarının sayını 81-ə yüksəldib. İndiyə qədər heç bir futbolçu ilk 100 oyununda bu qədər fərqlənməmişdi.

Hüquq müdafiəçiləri: “Hazırkı amnistiya siyasi məhbuslar problemini həll etmir"

Turan: Zəfər Günü münasibətilə amnistiya aktının qəbul edilməsi əhəmiyyətli hadisədir, çünki adamların öz ailəsinə qayıtmasına imkan verəcək. Bu barədə Turan agentliyinə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib.

“Bu, humanist addımdır və bu baxımdan alqışlamaq olar”, - hüquq müdafiəçisi deyib.

Bununla yanaşı, hüquq müdafiəçisi aktın siyasi məhbusları da əhatə edəcəyini gözləyirdi: “Amma bu, olmasa onların cəza müddətləri azaldıla bilər".

Görəsən şiələr öz müxaliflərini “haramzadə” hesab edirlər? (1-ci hissə)

Müqəddimə:

Vəhhabilərin teoloqlarından və əsas liderlərindən olan Osman Xəmis bir neçə il öncə Küveytdə cümə namazında çıxış edərək şiələrə qarşı bir çox ittihamlar səsləndirib. Elə həmin vaxt onun şübhələrini cavablandırdıq və Ustad Qəzvini də Feyziyyə mədrəsəsində öz çıxışlarından bir neçəsini bu şübhələrə ayırdı. Lakin Osman Xəmisin çıxışlarında səsləndirilən şübhələr əhəmiyyətli olduğu üçün və vəhhabiyyətin şiə əleyhinə ən mühüm şübhələri sayıldığı üçün qərara gəldik ki, bir-bir bu şübhələri sual-cavab şəklində saytda yerləşdirək ki, oxucular da həmişə bundan faydalansınlar.

ABŞ Qərbi Asiyadakı hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil

“Hazırkı ABŞ administrasiyası ölkənin Qərbi Asiyadakı hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil”.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Qərbi Asiya üzrə köməkçisinin müavini Coi Hud bildirib.

Onun sözlərinə görə, bölgədə ABŞ-ın uzunmüddətli maraqları hələ də qalmaqdadır:

Yerevanda itkin düşən hərbçilərin yaxınları Nazirlər Kabinetinin yanındakı küçəni bağlayıb

Eastnews.org-un verdiyi xəbərə görə, Qarabağda döyüş əməliyyatları zamanı itkin düşən onlarla hərbçinin qohumları bu gün Ermənistan hökumət binasının yanında mərkəzi Tiqran Mets prospektini bağlayıb, respublikanın baş naziri Nikol Paşinyanla görüş keçirməyi tələb ediblər. Aksiya yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanır.   “Nikol Paşinyan bizi qəbul etməyənə qədər getməyəcəyik.

Efiopiyada üsyançılar bir aya paytaxtı ələ keçirəcəklərini bildiriblər

Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançıları Efiopiya paytaxtını bir aya bəlkə də bir neçə həftəyə ələ keçirə biləcəklərini deyiblər.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bunu Tiqray Xalq Qurtuluş Cəbhəsinin tərkibində olan “Urumu Azadlıq Ordusu”nun sözçüsü Uda Toribi deyib.

İrana qarşı alyans; ABŞ-İsrail birgə təlimi

ABŞ və İsrail donanması İranla mümkün münaqişəyə hazırlıq məqsədilə birgə təlimə başlayıb.

Bildirilir ki, ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi bölməsi İranla mümkün münaqişəyə hazırlıq məqsədilə İsrail dəniz komandaları ilə birgə təlimlərə başlayıb. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib. Kanal 12 televiziyasının verdiyi xəbərə görə, bu məqsədlə də  51 ABŞ Xüsusi Təyinatlı Qrupu hava yolu ilə Eylat şəhərinə köçürülüb.

Britaniyada Azərbaycanla bağlı 21 milyon dollar aşkarlanıb

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) nüfuzlu Azərbaycan siyasətçisi Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.

Agentlik inanır ki, sözü gedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub.

OCCPR-ın saytında dərc olunmuş məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülüb.

Yəmən rəsmisi "Zəfər baharı" əməliyyatı barədə açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri Yəmən qüvvələrinin Məarib, əl-Beyda və Şəbva vilayətlərində təşkil etdiyi "Zəfər baharı" əməliyyatının ikinci mərhələsi ilə bağlı açıqlama verib.   Yəhya Səri "Zəfər baharı" əməliyyatının ikinci mərhələsində düşmənin 200-dən çox hərbçisinin zərərsizləşdirildiyini, 550-dən çoxunun isə yaralandığını açıqlayıb.

İsrail növbəti dəvə Dəməşqə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün səhər saatlarında İsrail Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafına raket zərbələri endirib.   Bu barədə Surya mətbuatı məlumat verib.   Məlumata əsasən, hava zərbələri Dəməşqin ətrafında yerləşən hərbi obyektlərə endirilib.   Ölən və yaralanın olmadığı lakin maddi zərərin dəydiyi açıqlanıb.   Xatırladaq ki, son hücum 4 gün öncə baş vermişdi. 

İstilik qiymətlərində artım olacaq? - RƏSMİ CAVAB

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat"ın şöbə rəisi Rafiq Əliyev məlumat verilib.

Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.

Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

Ayətullah Sistani İraqda müəyyən bir partiyanı dəstəkləmədiyini bildirib

Ayətullah Seyid Əli Sistani İraqda yeni hökumətin formalaşdırılması fonunda müəyyən bir partiya və ya siyasi cinahı dəstəkləmədiyini bildirib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanasından məlumat verilib.

Bildirilib ki, fərqli iddialara baxmayaraq Ayətullah Sistani İraqda müəyyən bir partiya və siyasi cinahı dəstəkləmir.

Azərbaycana gətirilən bəzi hibrid avtomobillər ƏDV-dən azad edilir

 

Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.

Amnistiya aktı ilə 3 mindən çox şəxs azad olunacaq, 3 minədək şəxsin isə cəzasının çəkilməmiş hissəsi azaldılacaq

Zəfər tarixinin birinci ildönümü ilə bağlı Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Nigeriyada 21 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

Nigeriyanın Laqosda şəhərində tikilməkdə olan 21 mərtəbəli binanın çökmədi uçması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Farinloy bildirib.

“Xanım Məsumə (s.ə.)” serialının çəkilişləri davam edir

 

“Təsnim” xəbər agentliyinin verdiyi məlumata görə, 30 seriyadan ibarət olacaq serialın çəklişlərinə bir müddətdir ki, başlanılıb. "Simafilm"in xüsusi seriallarından olan filmin rejissoru Cavad Əfşar və prodüseri Müctəba Amindir. Cavad Əfşarın adı tamaşaçılara müxtəlif seriallardan, o cümlədən “Kimiya” (2015), “Bəradər” (2016), Anam (2017) və “Gando” (2016) seriallarından tanışdır.

MBH - funksioneri Tərtər hadisələrinin təhqiqatına münasibət bildirdi

MBH - funksioneri Tərtər hadisələrinin təhqiqatına münasibət bildirdi:

Tərtər hadisələrinin gündəmə gətirilməsində əməyi olan hər kəsə bir vətəndaş olaraq dərin təşəkkürümü bildirirəm.
Xüsusən KİV-lərin və sosial şəbəkələrin ardıcıl səyi nəticəsində məsələ gündəmdə qaldı və nəticə də verdi.
Şükr ki,  hüquqi müstəvidə praktiki təhqiqat gedir.
Ümidvarıq təqsiri olan hər kəs cəzasını alacaqdır.