05 November 2021

Azərbaycan boksçusu dünya çempionu olub

Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib.

Apasport.az saytının məlumatına görə, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub.

Hakim partiyanın keçmiş funksioneri həbs edilib

Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının keçmiş sədr müavini və Binəqədi rayonunun keçmiş bələdiyyə sədri Aytac Əliyeva həbs olunub.

Daxili İşlər Nazirliyinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatı Turan-a təsdiqləyib. 

Bildirilir ki, Aytac Əliyeva 2020-2021-ci illərdə qızıl-zinət əşyalarının alqı-satqısı adı altında vətəndaşları aldadaraq onların ümumilikdə  389 min manat vəsaitini mənimsəyib. Bundan əlavə, pul müqabilində bir vətəndaşa Binəqədi qəsəbəsində torpaq sahəsinin satışına dair saxta sənəd verib.

Milli Məclis Amnistiya Aktını qəbul edib

Turan: Noyabrın 5-də Milli Məclis amnistiya aktını qəbul edib. Amnistiya aktı 8 noyabr Zəfər Günü münasibətilə prezident İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub.

Müzakirələr zamanı vitse-spiker Əli Hüseynli bildirib ki, amnistiya 16-17 min adama şamil olunacaq, onlardan 3 mini həbsxanadan çıxacaq.

Yerli hüquq- müdafiəçilərinin məlumatına görə, amnistiya 100-dən çox siyasi məhbusa şamil olunmayacaq, yalnız İkinci Qarabağ Müharibəsi və Azərbaycanın suverenliyinin qorunması üzrə digər hərbi əməliyyatların iştirakçılarını əhatə edəcək.

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatında deyilir:

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.

Polisi bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

“Az.shafaqna.com”un xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin olunub.

Qeyd edək ki, bu il iyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Roma Papası Fələstin dövlətinin yaradılmasının zəruriliyindən danışıb

Roma Papası Fransisk Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüş zamanı iki dövlətin təsisi prinsipinin icra edilməsini istəyib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Fələstin muxtariyyətinin lideri Mahmud Abbas və Roma papası Fransiskin görüşü ardından verilən birgə bəyanatda deyilib.

Layihə yoxdur, amma Əbu Bəkr məscidində bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

Turan: Əbu Bəkr məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə tenderdə “Opus” şirkəti qalib gəlib. Lakin baxmayaraq ki, rəsmi sənədlər yoxdur, inşaatçılar işə başlayıblar.

Dövlət satınalmalarının vahid elektron portalına əsasən, Bakıda 1997-ci ildə tikilmiş “Əbu Bəkr” məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə açıq tender noyabrın 4-də başa çatıb.

“Opus” şirkəti bu xidmətlərə görə 115 min manat (67,5 min dollar) alacaq. Layihə-smeta sənədləri 2 ay ərzində hazırlanmalıdır.

Minimum əmək haqqının artımı hansı sahələrə şamil olunacaq? SİYAHI

Azərbaycanda 2022-ci ildə minimum əmək haqqının 250 manatdan 300 manata qədər artırılması nəzərdə tutulub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, sonuncu dəfə minimum əmək haqqı 2019-cu ilin sentyabrın 1-də artırılıb.

Müqtəda Sədr və Məhəmməd Halbusi görüşüb

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda Sədr İraq parlamentinin sədri Məhəmməd Halbusi ilə görüşüb.  

Sədr fraksiyasının lideri və İraq parlamentinin sədri ölkədəki son hadisələri, həmçinin növbədənkənar parlament seçkilərinin nəticələrini müzakirə ediblər. Bu arada parlament seçkilərinin nəticələrinə etirazlar davam edir.  

Bundan əvvəl seçkinin nəticələrinə etiraz edən fraksiyalar Qanunun Aliliyi Koalisiyasının rəhbəri Nuri Malikinin evində keçirilən iclasda səslərin əl ilə hesablanmasına çağırıb.  

Əskəriyyə ziyarətgahının müdirləri Nəcəfə səfər ediblər

İraqda Əskəriyyə ziyarətgah kompleksinin müdiri Dr. Məhəmməd Qasim, müavinləri Rəəd Əbdül Əli, Şeyx Saif əl Aidi Nəcəf şəhərinə səfərə gediblər.

Az.shafaqna.com xəbər verir ki, onlar İmam Əlinin (ə) ziyarət kompeksinin müdiri İsa əl Xursanın qəbulunda olaraq türbələr haqqında müzakirələr aparıblar.

Müzakirədən sonra qonaqlar İmam Əli (ə) ziyarətgahının Xanım Fatimeyi Zəhranın (s.ə) adına olan həyəti və oradakı tikililəri ziyarət ediblər.

Rusiyalı diplomat Berlində ölü tapıldı

Eastnews.org-un verdiyi xəbərə görə, rusiyalı diplomatın cəsədi Berlindəki səfirliyin divarları arasında tapılıb.   Almaniyanın "Spiegel" nəşri hüquq-mühafizə orqanlarına istinadən yazır.   Həmçinin iddia edilir ki, 35 yaşlı kişi hələ 2019-cu ilin yayında Berlindəki səfirliyin ikinci katibi kimi akkreditasiya olunub.   Onun binanın üst mərtəbəsindən yıxıla biləcəyi bildirilir. Nəşr mərhumun FSB ilə əlaqəsi olduğunu da qeyd edib.   Diplomatın cənazəsi Rusiyaya aparıldığı bildirilib.

Görəsən şiələr öz müxaliflərini “haramzadə” hesab edirlər? (3-cü hissə)

 

b) Həzrət Əlinin (ə) məhəbbəti halalzadə olmağın meyarıdır

Asimi Məkki və Muvəffəq Xarəzmi yazırlar:

عن أبي بكر الصديق قال رأيت رسول الله ختم ختمة وهو متكئ على فرش عربية وفي الخيمة علي وفاطمة والحسن والحسين فقال معشر المسلمين أنا سلم لمن سالم أهل الخيمة حرب لمن حاربهم ولي من والاهم لا يحبهم إلا سعيد الجد طيب المولد ولا يبغضهم إلا شقي الجد رديء الولادة

 

Abbas Hüseyn: Cahad, sənin yanındayıq

Gecə-gündüz hər yerdə təbliğ olunur ki, dövlətimizi istəməyən xarici qüvvələr var. Bunu bildik. Bu fikir və ehtimalı əsas götürərək, həmin qüvvələrə fürsət verməmək üçün uzun zamandır ki, gördüyümüz və eşitdiyimiz haqsızlıqları, qanundankənar hərəkətləri işıqlandırmırıqsa, bu o demək deyil ki, hər şeyə biganə yanaşacağıq. "Dövlətimizi istəməyən qüvvələr var" fikrini cəmiyyətə aşılamadan öncə  bunu penitensiar xidmətin rəhbərliyinə də bildirmək lazımdır.

Dini seriallara qısa baxış

Dini teleseriallar çəkmək bir çox problem və xərclərlə ərsəyə gələn müxtəlif film çəkiliş janrları arasında ən populyarlardan sayılır. İnsanların kino və televiziyanın dini aspektlərinə olan marağı həmişə kinematoqrafçıların diqqət mərkəzində olub. Elə buna görə də günümüzdə bu mövzuda filmlər çəkilib və çəkilməkdədir. Biz silsilə olaraq sizə efirə çıxan dini seriallar arasında daha uzun və daha populyar olan və ilk yayımdan sonra müxtəlif ölkələrdə dəfələrlə yayımlanlar dini seriallar haqqında qısa məlumat vermək istərdik.

“Hz Yusif” serialı

Azərbaycan nefti 84 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,88 % azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,99 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mənimsəmədə təqsirləndirilən daha bir baş həkimin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, müavini Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesə baxış iclası noyabrın 11-nə təyin edilib.

Suriya ilə bağlı "Astana formatı"nın yeni mərhələsi baş tutacaq

Eastnews.org-un verdiyi xəbərə görə, dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nursultanda Suriyaya dair danışıqların yeni mərhələsinin keçiriləcəyi bildirilib.   Qazaxıstan Baş nazirinin müavini Muxtar Tileuberdi "Biz qarant ölkələrdən (Rusiya, Türkiyə, İran) Astana prosesi çərçivəsində yeni görüşün təşkili ilə bağlı müraciət aldıq, dəqiq tarix barədə müzakirələr aparırıq. Dekabrın ortalarında keçiriləcək", - deyib.

Rusiyalı analitik ABŞ-da həbs edildi - "Tramp dosyesi"

Ədliyyə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Tramp-Rusiya araşdırması zamanı toplanan dəlillər üçün məlumatlar ötürən rusiyalı analitik xüsusi prokurorun hazırda davam edən istintaqı çərçivəsində həbs edilib.

İqor Dançenko Rusiya ilə bağlı istintaq zamanı xüsusi prokuror Con Durham tərəfindən son iki ayda ittihamla üzləşəcək ikinci, ümumilikdə də isə üçüncü şəxsdir.

Tunisin sabiq prezidenti beynəlxalq axtarışa verilib

 Tunis Məhkəməsi 2011-ci ilin inqilabından sonra üç il ölkəyə rəhbərlik etmiş Məhəmməd Munsif əl-Mərzuqinin məsuliyyətə cəlb edilməsi barədə qərar verib.

SalamNews bu barədə Tunisin Dövlət Xəbər Agentliyinə istinadla məlumat verir.

Bildirilib ki, xaricdə məskunlaşmış Munsif əl-Mərzuqinin ölkənin təhlükəsizliyinə qarşı addımlar atması barədə məsuliyyətə cəlb edilmə qərarı verilib.