08 November 2021

Səudiyyə Ərəbistanı ilə Livan arasındakı problemin həll yolu müzakirə edilib

Giperssilka.ru "MEHR"ə istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun bu gün Ərəb birliyinin baş katibinin müavini Həssam Zəki ilə görüşərək Livan ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələri müzakirə edib.

O deyib ki, Livan ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ilə ən yaxşı münasibətlərə malik olmaq istəyir.

Ayətullah Sistaninin sionist rejimlə bağlı olunan istiftaata cavabı

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki,Ayətullah Seyyid Sistani sionist rejimlə bağlı olan istifta'ata (şəri sual-cavab) cavab verib.

Ayətullah Seyyid Sistaninin ofisinə ünvanlanan istiftaat belədir:

"Gəlirlərinin bir hissəsi sionist rejimə kömək üçün xərclənən ticarət mərkəzlərindən alqı-satqı etmək olarmı?"

"Barselona" Xavini təqdim etdi

“Barselona” yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

Qol.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin təqdimat mərasimi “Nou Kamp” stadionunda keçirilib.

Tədbirdə klub prezidenti Joan Laporta 25 min azarkeş və komandanın bir çox keçjiş futbolçusu iştirak edib.

Qeyd edək ki, "Barselona" klubun canlı əfsanəsi olan Xavi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Nigerdə məktəbdə yanğın baş verib, onlarla şagird həlak olub

Nigerin cənubunda Maradi şəhərində məktəbdə baş verən yanğın nəticəsində azı 24 şagird həlak olub.

Trend xəbər verir ki, bu barədə əyalətin qubernatoru bildirib.

Onun sözlərinə görə, yanğın üç məktəb binasını əhatə edib. Tikililərin üstü samanla örtüldüyündən bu yanğını tez bir zamanda böyük əraziyə yayılmasıyla nəticələnib. Həlak olmuş şagirdlərdən başqa 80 nəfət güclü yanıq xəsarətləri alıb.

Yanğının səbəbləri araşdırılır.

Qarabağ müharibəsi və qələbəmizdə inancın rolu

Bu gün Qarabağ müharibəsi deyildikdə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və bu torpaqların sahibi olan dinc müsəlman əhalini,- xüsusi ilə də işğal zamanı qaçmağa gücü çatmayan qocaları, qadınları, uşaqları və körpələri qətl edərək soyqırıma məruz qoymuş, beynəlxalq imperialist və irticavi qüvvələrin yaxından dəstək verdiyi erməni faşistlərinə qarşı Azərbaycan xalqının  apardığı azadlıq müharibəsi başa düşülür.

Qəzza zolağı zülmətə qərq olur

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail 2 noyabr tarixindən etibarən Qəzza zolağına yanacaq daxil olmasına mane olur.   Bu barədə yerli mənbələr məlumat yayıblar.   Məlumatda vurğulanır ki, Qətərdən yola düşən yanacaq gəmisi Qəzza zolağı sahillərinə daxil ola bilmir.   Bu səbəblə Qəzza zolağında yanacaq və elektrik probleminin yaşandığı diqqətə çatdırılır.

ABŞ-ın iki hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının “Mount Whitney” və “Porter” gəmiləri Gürcüstanın Batumi limanına daxil olub.

Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən məlumat verilib.

“Xoş gəlmişsiniz, “Mount Whitney” və “Porter”! Beş ildən sonra ABŞ-ın Altıncı Donanmasının flaqmanı olan “Mount Whitney” Gürcüstana qayıdıb. Bu, onun üçün tanış limandır, “Mount Whitney” artıq beş dəfə burada olub”, - ABŞ səfirliyinin “Facebook” səhifəsində yazılıb.

Husilər Yəmənin strateji şəhəri istiqamətində irəliləyiblər

“Yəmən ordusu və xalq könüllüləri” (husilər) Mərib-Hədramut beynəlxalq yolunun 15 kilometrliyində ər-Ravik bölgəsində böyük bir əraziyə nəzarəti ələ keçirib.  

SalamNews Əl-Məsirə telekanalına istinadla xəbər verir ki, Yəmən qüvvələri, həmçinin Couf vilayətinin şərqində Səudiyyə koalisiyasının son müdafiə xəttini yarmağa müvəffəq olub.  

Türkiyə və İran gələn həftədən quru yolla turistlərin qarşılıqlı şəkildə səfərinə icazə verəcəklər

 İran və Türkiyə vətəndaşları gələn həftədən etibarən quru yolla qarşılıqlı şəkildə səfər edə biləcəklər.

SalamNews xəbər verir ki, bu barədə İranın Nəqliyyat və Yükdaşıma Təşkilatının rəsmisi Məhəmməd Cavad Hidayəti İSNA-a məlumat verib.

Bildirilib ki, gələn həftə Türkiyə və İranın aidiyyatı qurumlarının iclası keçiriləcək və iclasdan sonra turistlərin quru yolla qarşılıqlı səfərinə icazə veriləcək.

Serbiya müsəlmanlarının mənəvi lideri vəfat etdi

 

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Serbiyadakı bosniyalı müsəlmanların lideri Muamer Zukorliç 51 yaşında vəfat edib.

O, həm də Həqiqət və Barışıq Partiyasının başçısı idi və bu partiya son seçkilər zamanı Serbiya parlamentində 4 kürsüyə sahiblənə bilib.

Bundan başqa, Zukorliç parlamentin vitse-sədri idi.

Siyasi partiya yaratmazdan öncə isə o, Serbiya İslam Cəmiyyətinin müftüsü idi.

O, 6 noyabrda Novi Pazar şəhərindəki İslam Elmləri Fakültəsindəki məşğələlərindən sonra infarkt nəticəsində həyatını itirib.

Sünni alimləri Səudiyyə Ərəbistanı hökümətinin əxlaqi fəsadları təbliğ etməsinə kəskin etiraz ediblər

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən 2030 Vizyon Sənədi adı ilə əxlaqi fəsadların təbliği sünni alimlərinin sərt reaksiyasına səbəb olub.

İranın Xarici İşlər Nazirliyi Zəfər günü münasibətilə Azərbaycanı təbrik edib

“İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və həm də onu dəstəkləyir. Ötən il işğalda olan ərazilərin bir qismi azad ediləndə İran bu ölkə dövlətinə və xalqına təbrik dedi. İndi də bu hadisənin birinci ildönümündə bu qələbəni alqışlayır.

SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İraq Baş Nazirinə sui-qəsdə görə ABŞ ittiham olundu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Kətaib Hizbullah" hərəkatının mətbuat katibi Məhəmməd Muhyi Baş Nazir Mustafa əl-Kazımiyə qarşı sui-qəsd ilə bağlı açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, bu sui-qəsd oyunu əvvəldən sonadək ABŞ tərəfindən dizayn edilib.   "Mustafa əl-Kazımi bu oyundakı aktyorlardan sadəcə biridir. Onlar bununla da etirazçılara qarşı işlədilən böyük cinayətin üzərini örtməyə çalışırlar.

İşğalın ortadan qaldırılması ilə Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır - XİN

Turan: Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bu barədə Azərbaycan XİN-in 8 Noyabr Zəfər Gününə həsr olunmuş bəyanatında deyilir.

Qarabağ müharibəsi və qələbəmizdə inancın rolu -Abbas Hüseynin yazısı

Şübhə yoxdur ki, bir dövlət kimi Azərbaycanın tarixində yer alan ən unudulmaz, qürurverici hadisə zəfərlə tamamlanan 44 günlük Vətən müharibəsidir. Müstəqillik dönəmimizə öz möhürünü vurmuş, qələbə ilə nəticələnmiş Vətən Müharibəsində başlıca rol oynayan əlbəttə ki, yenilməz Azərbaycan ordusudur. Bu ordunun cəsarətli, qorxmaz əsgərləri möhtəşəm və şanlı qələbəni Azərbaycan xalqına qazandırdılar. Bəs bu qələbənin qazanılmasında əsgərləri ruhlandıran, yenilməz və güclü edən amillər nələr idi? Bir ordunu müzəffər edən yalnız silah və texnikalardırmı? Yoxsa əsgərinin inamı və imanımı?

Bayden Demokratiyaya Dəstək Sammitinə başçılıq edəcək

ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədini yerinə yetirməyə hazırlaşır. O, Demokratiyaya Dəstək Sammiti keçirməlidir. Bu, 100-dən çox ölkənin qatılacağı ilk sammit olacaq.

İnsan haqları müdafiəçiləri planlaşdırılan tədbirin dəvət edilən bəzi avtoritar meyllərdə ittiham olunan dünya liderlərini təşviq edəcəyinə şübhə ilə yanaşırlar.

"Liverpul" cari mövsümdə ilk dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində "Vest Hem" klubu "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qolları Pablo Fornals və Kurt Zuma vurublar, daha bir qol isə "Liverpul"un qapıçısı Allison Bekerin topu öz qapısına göndərməsi nəticəsində qeydə alınıb.

"Liverpul"un heyətində qolları Trent Aleksandr-Arnold və Divok Oriqi vurublar.

Qeyd edək ki, by oyunda məğlun olaraq "Liverpul" cari mövsümdə bütün turnirlər çərçivəsində ilk dəfə məğlub olub.

Taliban üzvlərindən 200 nəfər kənarlaşdırılıb

Taliban qrupunun üzvlərindən təqribən iki yüz nəfər qüdrətdən sui-istifadə səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.
 

ABNA24 Xəbər Verir, Əfqanıstanda Talibanın müvəqqəti hökumətinin təmizləmə komissiyası bildirib ki, bu iki yüz nəfər Talibanın adından öz şəxsi mənafeyi üçün istifadə edibdir.

Bu sahədə Talibanın sıralarında təmizləmə komissiyasının sədri Lətifullah Həkimi bildirmişdi ki, komissiyanın yaradılmasından bu günədək Talibanın adından sui-isfitadə səbəbindən onlarla nəfər həbs olunub.

Bill Qeyts: Neft maqnatları bu tarixdə çökəcək

Bəzi neft maqnatları təmiz enerjiyə keçidlə əlaqədar müflis olacaq.

Musavat.com fins.az-a istinadən bildirir ki, bu sözləri "Maykrosoft" qurucusu, milyarder Bill Qeyts deyib.

"Bəzi nəhənglər çökəcək. Təxminən 30 ildən sonra neft şirkətləri çox ucuz qiymətə dəyərləndiriləcək. Düşünürəm ki, bir neçə iri şirkət uğura imza atacaq. Bəzi böyük şirkətlər keçidə nail olacaqlar", - deyə milyarder bildirib.