15 November 2021

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək

Polşanın daha çox miqrantın sərhəd keçidinə doğru hərəkət etdiyi barədə xəbərdarlıqlar və blokla avtoritar lider Aleksandr Lukaşenko hökuməti arasında kəskinləşən diplomatik mübahisə fonunda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır.

Noyabrın 15-də Brüsseldə görüşən blokun 27 xarici işlər nazirləri Belarusa qarşı sanksiya rejiminə düzəliş edib. Belə ki, bu sanksiyalar Belarusun Polşa, Latviya və Litva ilə sərhədlərində qarşıdurmada iştirak etdiyi iddia edilən aviaşirkətlər, səyahət agentləri və şəxsləri cəzalandırmaq üçün nəzərdə tutulub.

Rusiya və Türkiyə 3+3-ü işə salmaq niyyətindədir

Turan: Noyabrın 15-də İstanbulda Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko ilə Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Sedat Onal arasında məsləhətləşmələr keçirilib.

Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiya-Türkiyə qarşılıqlı fəaliyyətinin aktual məsələlərinin geniş spektrini müzakirə ediblər.

İmam Kaziminin (ə) hərəmində Həzrət Zəhranın (s) şəhadəti ilə bağlı matəm mərasimi

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın paytaxtı Bağdadın Kazimeyn şəhərində yerləşən İmam Kaziminin (əleyhi səlam) pak hərəmində Əhli-beyt (ə) məktəbinin bir qrup ardıcılının iştirakı ilə həzrəti Rəsuli Əkrəmin (səlləllahu əleyhi və alih) dürdanə qızı, həzrəti Fatiməi Zəhranın (səlamullahi əleyha) şəhadətinin 1434-cü ildönümü münasibəti ilə əzadarlıq mərasimi keçirilir.

Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük sahəsində əməkdaşlıq edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə komitə sədri "Twitter"də yazıb.

"Bu gün Ər-Riyad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in imzalanması gömrük orqanlarının mövcud əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

İran və Türkiyə uzunmüddətli əməkdaşlığın yol xəritəsini razılaşdırıblar

İran və Türkiyənin uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəldiklərini deyən İranın xarici işlər naziri Əmir Abdollahian Türkiyə prezidenti Ərdoğanın Tehrana gələcək səfəri zamanı başa çatdırılacağını bildirdi.

Mehr xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən yaxınlaşması məsələsini şərh edərkən jurnalistlərə deyib.

Gürcüstan və Ukrayna NATO görüşünə dəvət olunub

Gürcüstan və Ukrayna NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşünə dəvət olunub. Bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Nazir bu dəvəti NATO yolunda irəliləyən adıçəkilən ölkələrdə müşahidə edilən inkişafın rəsmən tanınması kimi qiymətləndirib və alyansa inteqrasiya istiqmətində müsbət addım adlandırıb.

Qeyd edək ki, NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşü 30 noyabr – 1 dekabr tarixlərində Riqada keçiriləcək.( TASS)

FHN əhaliyə xəbərdarlıq etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-sı gün ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Az.shafaqna.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

"Taliban" üzvləri Qəndaharda İŞİD terrorçularını öldürüb

Eastnews.org-un verdiyi xəbərə görə, "Taliblər" Əfqanıstanın Qəndahar şəhərində keçirdikləri əməliyyatın gedişində üç İŞİD silahlısını öldürüblər.   Əfqanıstan KİV-ləri xəbər verir ki, atışma nəticəsində, həmçinin iki dinc sakin həlak olub. Bu barədə taliblərin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Kari Səid Hosti öz tviter səhifəsində məlumat verib. Onun sözlərinə görə, əməliyyat Qəndahar şəhərindəki xəstəxananın yaxınlığında həyata keçirilib.

Ermənistan KİV: Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutub

Turan: Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, noyabrın 14-də Azərbaycan qoşunları ölkə ərazisinə daxil olub. Məhz bu səbəbdən bu gün müdafiə naziri Arşak Karapetyan işdən çıxarılıb.

Ermənistan teleqram- kanallarının məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutublar və texnikanı ələ keçiriblər, erməni hərbçiləri bu mövqelərdən çıxarıblar.

Şeyx Əkrəm Əl-Kəbi: "İşğalçıların dəstəyi ilə İŞİD-in İraqdakı hərəkətliliyi artıb"

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Nücəba Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi təkfirçi İŞİD terrorçuların İraqdakı hərəkətliliyinin artmasından danışıb.
O, hazırda İraqda yaranmış həssas vəziyyəti, İŞİD terrorçularının cinayətkar fəaliyyətlərinin genişlənməsini işğalçıların dəstəyi ilə əlaqələndirib.
Əl-Kəbi mövcud hadisələri dövlət təhlükəsizlik qüvvələrinin və Həşdüş-Şəbi qüvvələrinin xəbərdarlıq kimi qəbul etmələrini və məsələ ilə ciddi şəkildə məşğul olmaq lazım olduğunu bildirib:

“Qalatasaray” MOİK-in futbolçusunu istəyir

Moskva MOİK-inin yarımmüdafiəçisi Yaka Biyol karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı sloveniyalı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.

İstanbul təmsilçisi qış fasiləsi ərəfəsində oyunçunun nümayəndələri ilə əlaqə saxlamaq niyyətindədir. Hətta Biyolun da “cim-bom”a keçməyə hazır olduğunu bildirib. Mövsümün əvvəlində “Famalikano”dan icarəyə götürülən Qustavo Assunçaonun ümidləri doğrultmaması “Qalatasaray”ı bu transferə vadar edir.

İranın Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq münasibətlərindən daha dərindir - İran prezidenti

Hazırda iki ölkə tərəfindən tənzimlənməkdə olan İran və Türkiyənin əməkdaşlıqları üzrə uzunmüddətli yol xəritəsi hazırkı əlaqələri hərtərəfli əməkdaşlıqlara yüksəldəcək.

Trend xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün Tehranda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu il görüşdə deyib.

İ.Rəisinin sözlərinə görə, İranın Türkiyə ilə yaxın münasibətləri regionda sülh və stabilliyin xeyrinədir. İki ölkənin regional əlaqələri beynəlaxlq əməkdaşlıqlara çevrilməlidir.

Rusiya və Misir prezidentləri arasında telefon danışığı olub

 Misir prezidenti Əbdülfəttah Sisi ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

SalamNews RT-ə istinadla xəbər verir ki, Rusiya prezidenti misirli həmkarı ilə qarşılıqlı əməkdaşlığı və birgə layihələrin icrası məsələsini müzakirə edib.

Kremldən verilən məlumata görə, tərəflər iki dövlət arasındakı əlaqələri yüksək qiymətləndiriblər və qarşılıqlı əlaqələrin bütün müstəvilərdə inkişafını istəyiblər.

"Taliban" öz vədlərini yerinə yetirməkdə çox ləngdir"

Eastnews.org-un verdiyi xəbərə görə, "Taliban"ın öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdə ləng olduğu açıqlanıb.   Bu barədə Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.   Bu gün Kabulov Moskvada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə görüşüb. 

Ombudsmanın nümayəndələri aclıq edən siyasi məhbusa baş çəkiblər

Turan: Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Saleh Rüstəmov 10 gündür ki, aclıq aksiyasını davam etdirir, vəziyyəti ağırdır. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.

Penitensiar Xidmətin müalicə müəssisəsində olan Rüstəmov 10 kiloqram çəki itirib.

"Dünən mən onunla görüşdüm. Çətinliklə hərəkət edir, nəbzi sürətlə atır”, - Bayramov deyib.

Çində ABŞ-ın Ukraynaya yardımı gülünc qarşılandı

Eastnews.org-un verdiyi xəbərə görə, Çinin "Guancha" xəbər portalının oxucuları ABŞ-dan Ukraynaya 80 ton döyüş sursatı çatdırılması xəbərindən hiddətlənib.   İstifadəçilər Vaşinqtonun bu cür dəstəyinin Kiyevə yalnız zərər verəcəyi barədə həmfikir olublar.   Şərhçilərdən biri "ABŞ-ın iki cür yardımı var: biri insanları öldürmək, digəri isə intihara kömək etməkdir", - deyə yazıb.   "Ukrayna sadəcə olaraq inadla intihar yolu ilə gedir", - deyə cavab olaraq başqa bir istifadəçi razılaşıb.

Ermənistan silahlı bölmələri Kəlbəcərdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu barədə Medianews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Sədərək” Ticarət Mərkəzində axundun dəyişdirilməsinə etiraz edən şəxs həbs edilib

Turan: “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Münaqişə noyabrın 12-də məscidin Əkrəm adlı axundu dəyişdirilərkən yaranıb. Onun əvəzinə Fərid İsmayılzadə təyin edilib.

Nağıyev etiraz edib, bundan sonra "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülüb. Ancaq Ticarət Mərkəzi administrasiyası bildirir ki, Nağıyev özü-özünə xəsarət yetirib, sonra isə qanı üzünə sürtərək döyüldüyünü bildirib.  

Türkiyə məscidlərində sosial məsafə tələbi ləğv edildi

Az.shafaqna.com “Daily Sabah”-a istinadən xəbər verir ki, Türkiyə Din İşləri İdarəsi (“Diyanet”) məscidlərdə sosial məsafə tələbini ləğv edib.

Bu barədə “Diyanet” başçısı Əli Erbaş bildirib.

Qeyd edilib ki, Türkiyə məscidlərində pandemiyanın səbəb olduğu problemlər mövcud deyil.

Həmin tələbin ləğvinin səbəbi olaraq isə qışın yaxınlaşmasına görə küçədə namazın çətinləşməsi və əhali arasında vaksinasiya səviyyəsinin artması göstərilib.

Bununla belə, insanlara namaz vaxtı maskadan istifadə etməyə dair çağırış da edilib.

Polşa ilə Belarus sərhədinə beton divar çəkiləcək

Polşa Belarusla sərhədə divar hörəcək.

Giperssilka.ru “Report”a istinadən xəbər verir ki, Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Vonsik yerli radioya bildirib.

O, 2022-ci ilin birinci yarısında divar tikintisini başa çatdırmaq istədiklərini deyib.

Məlumata görə, hazırda Polşa iki ölkə sərhədinə 4 min sərhədçi, 2 min polis əməkdaşı və ordunun 15 min əsgərini yerləşdirib.

Qeyd edək ki, İraqdan təyyarə ilə Belarusa gətirilən qaçqınlar Polşaya keçməyə cəhd göstərirlər.

Uşaqpulu tələb edən, bıçaqlamada günahlandırılan Aqil Hümmətova 10 il...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə uşaqpulu tələbi ilə mütəmadi hökuməti tənqid edən Aqil Hümmətov 10 il azadlıqdan məhrum edildi. Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Hümmətov yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlu sayılıb.

Rusiya Xarici İşlər Nazirliyi İngiltərəni İraqın dağıdılmasına və sakinlərinin qətlinə görə cavab verməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, London və Vaşinqtonun İraq və onun xalqına qarşı törətdiyi ağır cinayətlərə görə məsuliyyət daşıdığını nəzərə alsaq, Böyük Britaniyanın heç bir ölkəyə qarşı ittihamlar səsləndirməyə mənəvi haqqı yoxdur. Bu sözləri Facebook-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trussın Polşa ilə sərhəddə qaçqınlarla bağlı vəziyyətlə bağlı anti-Belarus bəyanatlarını şərh edərkən deyib. Trass böhranı Moskva və Minsk tərəfindən "diqqətlə hazırlanmış" adlandırıb.

Samet Aybaba tezliklə Azərbaycan millisi ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Samet Aybaba AFFA-nın təklifini təsdiqləyib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatına təcrübəli mütəxəssis özü məlumat verib.

Star.com.tr saytının yaydığı xəbərdə Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb. Həmkarlarımız isə 66 yaşlı mütəxəssisin təklifi qəbul etdiyini yazıb.

AFP: Burkina-Fasonun şimalında silahlı hücumda 20 nəfər ölüb

Eastnews.org-un verdiyi xəbərə görə, Burkina-Fasonun şimalında silahlıların hücumu nəticəsində azı 19 polis əməkdaşı və bir yerli sakin həlak olduğu açıqlanıb.   Bu barədə ötən gün Agence France-Presse (AFP) məlumat yayıb.   “Bizdə 20 ölü, o cümlədən bir mülki şəxs haqqında ilkin məlumat var”,- deyə  AFP ölkənin təhlükəsizlik nazirinin milli radioda çıxışından sitat gətirib. 

Əbdül Kərim Abdini: “Bəzilərinin Quranla tanışlığı istixarə etmək və Qədr gecəsində Quranı başa qoymaqdan ibarətdir”

Giperssilka.ru "HÖVZƏ"yə istinadən xəbər verir ki, Qəzvin Elmi Hövzəsinin Şurasının sədri Höccətul-İslam vəl-müslimin Əbdül Kərim Abdini Şəhid Meysəmi kompleksinin rəhbər və işçilərinin əxlaq dərsində çıxış edib.

O deyib ki, bəzilərinin Quranla tanışlığı istixarə etmək və Qədr gecəsində Quranı başa qoymaqdan ibarətdir:

Ordumuz ermənilərin postunu aldı

Azərbaycan Ordusu Laçında erməni hərbçilərinin postunu ələ keçirib və onları ərazidən çıxarıb.

Musavat.com xəbər verir ki,erməni hərbçilər bizim posta hücum edib və buna qarşı ordumuz adekvat tədbir görüb. Nəticədə ermənilər yerləşdikləri postu tərk etməli olublar.

Videoda danışıqlardan başa düşmək olur ki, ermənilər əvvəllər də postumuza hücum cəhdləri ediblər və bunun qarşılığı hərbçilərimiz tərəfindən verilib.

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb, ölən var

İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb. Zəlzələ zamanı 2 nəfər həlak olub.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib. 

Ölkədə hadisələr barədə qısa

Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda yol qəzası baş verib.
Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub. Qəza zamanı iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sudanda çevriliş edən hərbçilər yaxın günlərdə yeni hökuməti elan edəcəklərini bildiriblər

 Sudanda hərbçilərin idarə etdiyi Keçid Şurası yeni sivil hökuməti yaxın günlərdə elan edəcəklərini bildirib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Sudanda hərbçilərin idarə etdiyi Keçid Şurası ötən gün iclas keçirib və sonda yeni sivil hökumətin yaxın günlərdə elan ediləcəyi bildirilib.