16 November 2021

Belarus - Polşa sərhədindəki miqrantlar ərazini tərk etməyə başlayıblar

Belarus - Polşa sərhədinə toplaşan miqrantalrın sayı tədricən azalır.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, onların bir qismi ərazini tərk etməyə başlayıb.

Belə ki, Belarus hökuməti miqrantları Qrodno şəhər logistika mərkəzində yerləşdirməyi qərara alıb.

Artıq mərkəzdə yüzdən çox miqrantın yerləşdirildiyi bildirilib. Onlar qida, su və lazımi əşyalarla təmin olunub.

"Ermənistanın törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb" - Müdafiə naziri

"Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb".

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı deyib.

Ayətullah Fazil Lənkərani xanım Məsumənin (s) şəhadətinin ildönümünü qeyd etdi

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Fatimə Məsumənin (s) şəhadətinin ildönümü münasibətilə Ayətullah “Məhəmməd Cavad Fazil Lənkərani” üsul elminin dərsi xaricinin sonunda əzadarlıq mərasimini keçirib.

 

 

 

 

 

Sərhəddə döyüşlər dayandı, Ermənistan 12 əsir və bir ölü olduğunu bildirdi

Turan: Rusiya tərəfinin vasitəçiliyi ilə çərşənbə axşamı saat 18:30-da Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar dayandırılıb.  Bu barədə Ermənistan tərəfi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi də öz növbəsində bildirib ki , Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu  Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib və onunla hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə edib.

Türkiyənin müdafiə naziri Hulusi Akar da Z.Həsənova zəng edərək Azərbaycana tam dəstəyini ifadə edib.

Fransada qanunsuz miqrantlar düşərgəsi sökülüb

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın şimalındakı Nord departamentinin Grand Sint kantonunda (icmasında), sahil zolağında yerləşən qanunsuz miqrantlar üçün düşərgə polis tərəfindən sökülüb.   Nəticədə 1000 nəfərə yaxın əcnəbi başqa düşərgələrə köçürülür.   Daxili işlər naziri Jerald Darmanin bildirib ki, bu addım yaxındakı La Manş boğazı üzərindən qanunsuz miqrantların tez-tez ölkəyə gəlməsini əngəlləmək məqsədi daşıyır.

Rusiyanın Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib

Turan: Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Azərbaycan Oskar mükafatına film təqdim edib

 APA xəbər verir ki, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.

ABŞ Türkiyəyə “F-16” satacaq?

Giperssilka.ru Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə hərbçilərindən ibarət heyət ABŞ-da “F-16” qırıcılarının tədarükü üçün danışıqlar aparır.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib:

“Düşünürük ki, ABŞ rəhbərliyi bu məsələni müsbət qiymətləndirəcək. Əgər reaksiya mənfi olarsa, o zaman Türkiyə içində olduğumuz təhdid atmosferində öz təhlükəsizliyini təmin etmək üçün başqa alternativləri nəzərdən keçirməyə məcbur olacaq”.

Pentaqon: İranın helikopteri USS Essex-ə "təhlükəli" şəkildə yaxınlaşıb

Pentaqonun məlumatına görə, ötən həftə Oman körfəzində İran Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus amfibiya hücum gəmisinin 23 metrliyində uçub.

Pentaqonun mətbuat katibi Con Kirbi bazar ertəsi jurnalistlərə bildirib ki, helikopter “təhlükəli və qeyri-peşəkar şəkildə manevr edib”, su səthinə 3 metrə qədər yaxınlaşıb və USS Essex-in ətrafında üç dəfə dövrə vurub.

“Başqa silahlı qüvvə, hazırda söhbət İran Hərbi Dəniz Qüvvələrindən gedir şübhəsiz ki, bir növ eskalasiya və səhv hesablama riski ilə üzləşirsiniz” - deyə, Kirbi bildirib.

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Az.shafaqna.com-a məlumat verilib.

Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Fələstin alimləri Məhəmməd peyğəmbərə (s) həqarət edən keşişin mühakimə olunmasını tələb edirlər

Fələstin Alimlər Birliyi Qəzza zolağı təşkilatı Məhəmməd peyğəmbəri (s) çox çirkin və əxlaqsız şəkildə təhqir edən Misirli qibti keşiş Zəkəriyyə Butrusun mühakimə olunmasını tələb edib. Verilən açıqlamada Pastor Butrusun bu çirkin hücumunun onun məlumatsızlığından deyil, İslam və müsəlmanlara qarşı nifrətindən qaynaqlandığı vurğulanıb. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

“Milan” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

“Milan” baş məşqçisi Stefano Pioli ilə müqavilə müddətini uzadıb.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssisin daha iki il postunda saxlanılması qərara alınıb.

56 yaşlı çalışdırıcı gələn ilin yayına qədər olan anlaşmasını 2024-cü ilin yayına qədər uzadıb. Sözləşməyə daha 1 il uzadılması bəndi də salınıb. A seriyası təmsilçisi icraçı direktor İvan Qazidis işgüzar səfərdən qayıtdıqdan sonra bu xəbəri rəsmən açıqlayacaq. Pioli illik 3,5 milyon avro maaşı olmaqla yanaşı, əlavə bonuslar da alacaq.

Ayətullah Ramazani: İlahi dinlərin ardıcıllarının hüquqlarını qorumaq ictimaiyyət arasında birliyə səbəb olacaq

Ayətullah Ramazani: “...Dinlər arasında yaxınlaşma dinlərin ardıcılları arasında tanışlıq, məlumatlılıq, dərinləşmə və anlaşma səviyyəsini yüksəltmək və birliyə nail olmaq üçün məzhəb, etnik və milli mənsubiyyət baxımından heç bir fərq qoymadan qarşılıqlı hörməti gücləndirmək və qardaşlıq intizamlarını gücləndirmək deməkdir.”

"3 MİLYON TƏLƏB EDİRDİ, 2 MİLYONA RAZILAŞDIQ..." - "Deyirdi ki, nazirin göstərişidir..."

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

PUA-lar İran qərargahına zərbələr endirdi: Ölən və yaralananlar var

Bu gün səhər saatlarında hansı güclərə aid olduğu bilinməyən silahlı pilotsuz uçuş aparatları (SİHA) Suriyanın İraqla sərhədindəki Əl-Bukemal bölgəsində İranın dəstəklədiyi qüvvələrin qərargahını vurub.

Publika.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Hücumlarda bölgədəki qüvvələrə aid bəzi neft quyularının da hədəf alındığı bildirilib. Yerli mənbələrin məlumatına görə, hücumlarda İran tərəfindən vuruşan 3 silahlı öldürülüb, 15 nəfər isə yaralanıb.

Oxşar hücumlar əvvəllər də eyni ərazidə həyata keçirilib.

İngiltərə Müdafiə naziri Ukraynada səfərdədir

Eastnews.org-un verdiyi xəbərə görə, Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bu gün Ukraynaya səfər edib.   Bu barədə Böyük Britaniya ofisinin Tvitter səhifəsində məlumat verilib.   Məlumatda əlavə ediblər ki, səfər zamanı Uolles ilk olaraq ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.   "Bir sıra görüşlər zamanı nazirlər ölkələr arasında mövcud əməkdaşlığı müzakirə ediblər", - məlumatda deyilir. 

“Məmur monopoliyası nəticəsində süni qiymət artımı var”

“2021- ci ildə əhalinin gəlirlərinin artması ilə yanaşı inflyasiyanın da artması əhalinin vəziyyətinin pisləşməsinə gətirib çıxarılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışında bildirib. 

O qeyd edib ki, nəticədə əhalinin real gəlirləri aşağı düşüb: “Çünki inflyasiya 6 faiz civarındadır. 2022- ci ildə 1,4 milyardlıq böyük sosial paket həyata keçiriləcək. Əməkhaqqı 8 faiz artacaq. Büdcədə də nəzərdə tutulur ki, inflyasiya 4 faizə çatacaq. 

Ermənistan kömək üçün Rusiyaya müraciət edib və 10 nəfərin həlak olduğunu bildirir

Turan: "1997-ci il tarixli müvafiq müqaviləyə əsasən Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək çağırışı ilə Rusiyaya müraciət edirik". Bu barədə çərşənbə axşamı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

"Rusiyanın yardım edəcəyini və ərazi bütövlüyümüzü bərpa etmək imkanına malik olacağımızı gözləyirik", deyə o bildirib. Qriqoryan həmçinin bildirib ki, "problemin həlli üzrə müvafiq tədbirlərin" görülməsi üçün KTMT-yə müraciət edəcək.

Türkiyənin xarici işlər naziri Livanın prezidenti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Livana səfəri çərçivəsində bu ölkənin prezidenti Mişel Ounla görüşüb.

SalamNews Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Livan prezidenti ilə görüşdə qarşılıqlı münasibətləri və bir sıra region məsələlərini müzakirə edib.

SƏRHƏDDƏ GƏRGİNLİK: ERMƏNİ ORDUSU İTKİLƏR VERİB... - Nə qədər erməni hərbçisi saxlanılıb?

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədiyinə dair məlumat yayıb.

Serbiyalı futbolçular ölkə prezidentindən aldıqları məbləği xeyriyyə üçün sərf edib

Serbiya millisinin futbolçuları 2022-ci ildəki dünya çempionatına vəsiqə əldə etdikdən sonra qazandıqları məbləği fonda ianə ediblər.

Giperssilka.ru "Report"a istinadən xəbər verir ki, oyunçular xəstə uşaqlara yardım məqsədi ilə könüllü olaraq bu addımı atıblar.

Ölkə prezidenti Aleksandar Vuçiç onlara 1 milyon avro mükafat vəd edib. Məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb və bunun xeyriyyə məqsədlərinə yönəldilməsi qərara alınıb.

Bahalaşma xaricdən gəlir, yoxsa daxildən…

Bu günlər Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bahalaşma məsələsinə də toxunub. O bildirib ki, heç bir ərzaq məhsulunun rüsumunda artım yoxdur. "Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur", - deyə o vurğulayıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5.7 faiz bahalaşıb. Təkcə son bir ayda da ərzağın 2.8 faiz bahalaşdığı qeyd edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana dəvət olunub

2015-ci ildə imzalanmış nüvə sazişinə qayıdılmasına dair dünya gücləri ilə danışıqların bərpasının gözləndiyi ərəfədə İran hakimiyyəti ilə təmasların olmaması ilə bağlı narahatlıqlar mövcuddur. BMT-nin nüvə üzrə Müşahidə Təşkilatının rəhbərinin İrana dəvət edildiyi bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi "Tehrana dəvət olunub. Bununla bağlı tarix müəyyən edilib və biz onun qeyd olunan tarixə cavabını gözləyirik. O, yəqin ki, tezliklə İrana səfər edəcək” - deyə, İran hökumətinin sözçüsü Səid Xətibzadə bildirib.

MN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və döyüş vasitələri məhv edilib

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

NHK Azərbaycanda fəal Rüstəmovu azad etməyə çağırıb

Turan: Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini uzun müddətdir aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb.

"Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir. Ailə üzvləri və vəkilləri son günlər onun səhhətinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Siyasi motivli həbsinə etiraz edən Rüstəmov ölənə və ya azad edilənə qədər aclığı davam etdirəcəyini bildirib", deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.

Küveyt müxalifətinin tanınmış simaları əfv sərəncamından sonra Türkiyədən ölkəyə qayıdırlar

Küveyt əmirinin yeni əfv sərəncamında təqribən 35 müxalifət üzvünün adı keçir. Artıq onlardan bir neçəsi ölkəyə dönüblər.

SalamNews xəbər verir ki, Küveyt müxalifətinin tanınmış simalarından üçü təqribən 10 ilə yaxın Türkiyədə məskunlaşdıqdan sonra ötən gün ölkəyə qayıdıblar.

Məlumata görə Küveytin əmirinin yeni əfv sərəncamında 35 müxalifət üzvünün adı keçir.

Pakistan Müsəlman Vəhdəti Assambleyasının baş katibi Şiə ailələrin döyülməsini pislədi

Nasir Abbas: "İtkin düşənlərin ailələrinin dinc nümayişləri əsas və qanuni hüquqdur. Bu ailələr bir neçə ildir ki, yaxınlarının azadlığa buraxılması üçün etiraz aksiyası keçirirlər. Bu insanları sıxışdırmaq ölkə konstitusiyasına ziddir".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pakistan Vəhdət Assambleyasının baş katibi Höccətül-İslam və Müslimin Raca Nasir Abbas Cəfəri bəyanat verərək ölkədə ​​Şiələrin yoxa çıxmasının ardınca etiraz aksiyası keçirən ailələrin Karaçi polisi tərəfindən döyülməsini pisləyib.

"Hizbullah" rəsmisi Səudiyyə Ərəbistanının məğlub olacağını bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının siyasi bürosunun üzvü Şeyx Əli Damuş Səudiyyə Ərəbistanı ilə bağlı açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, Səudiyyə Ərəbistanını bölgədə bundan sonra daha çox məğlubiyyətlər gözləyir.   "Səudiyyə Ərəbistanı və yaxud da Fars körfəzindəki digər dövlətlərlə qarşıdurma yaratmaq fikrimiz yoxdur. Ərəb qardaşlarımız ilə möhkəm əlaqələr istəyirik", - deyə Şeyx Əli Damuş diqqətə çatdırıb.

Müsəlman gənc başqasının yaşaması üçün canını fəda etdi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, gənc müsəlman fədakarlıq, qoçaqlıq və qorxmazlığına görə Böyük Britaniyada qəhrəman elan edilib.

Belə ki, 20 yaşlı Əli Əbukar Əli cümə günü 82 yaşlı Betti Volş adlı qadını müdafiə edərkən qəhrəmancasına həlak olub.

Yaşlı qadın Brentford şəhərində canilərin hücumuna məruz qalıb. Bu zaman yaxınlıqda olan müsəlman gənc fədakarcasına onun müdafiəsinə qalxıb və ölümcül yaralanıb.

Azərbaycan çempionu Yaponiya tarixinin rəmzi komandasına düşüb

Yaponiya futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi heyət 4-4-2 sistemi ilə qurulub.

Rəmzi “11-lik”də Azərbaycan çempionu Keysuke Honda da yer alıb. Ötən mövsümdə “Neftçi” ilə Premyer Liqanın qalibi olan yarımmüdafiəçi ən yaxşı yaponiyalı futbolçular sırasına düşüb.

Qapıçı: Yoşikatsu Kavaquçi;

Müdafiəçilər: Yuto Naqatomo, Yuji Nakazava, Masami İhara, Yasuhiko Okudera;

Ermənistan-Azərbaycan sərhədində atışma

Turan: Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamə

Zəngəzur yollarında hazırda vəziyyət necədir?

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra isə Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub. 

“Qafqazinfo”nun məlumatına görə, sözügedən tədbirlər nəticəsində Zəngəzur bölgəsindən 6 erməni kəndi təcrid vəziyyətində qalıb. Bunlar Çakaten, Sraşen, Şikaox, Nerkin And, Çav və Şişkert kəndləridir.

ABŞ və Çin liderlərinin gözlənilən danışığı baş tutub; Rəqabət qarşıdurmaya çevrilməməlidir

 ABŞ prezidenti Co Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpinin gözlənilən danışığı ötən gün baş tutub.

SalamNews BBC-ə istinadla xəbər verir ki, iki ölkə lideri ötən gün videokonfrans formatında baş tutan görüşdə qarşılıqlı münasibətləri və bir sıra qlobal məsələləri müzakirə ediblər.

Deputatlar bu gün büdcə müzakirələrinə toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 24 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).