18 November 2021

TƏCİLİ! Rusiyaya məxsus yüzlərlə tank, “Qrad”, “Uraqan” və iri qoşunlar SƏRHƏDƏ YIĞILIR

Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb.

Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.

Ceyhun Bayramovun ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyindən xəbər verilib.

Karen Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.

Küveyt Hizbullahı maliyyələşdirməkdə ittiham etdiyi 18 nəfəri həbs edib

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və regional müttəfiqlərinin Livan və Hizbullaha qarşı təzyiq siyasətindən sonra Küveytdə də eyni hal yaşanmağa başlayıb.

Belə ki, Küveyt Baş Prokurorluğu Hizbullahı maliyyələşdirmək iddiası ilə bağlı 18 nəfəri həbs edib.

Ayətullah Ramazani “Ümumdünya Kilsələr Şurası” professorlarının suallarını cavablandırdı / Bütün İlahi peyğəmbərlər rəhmət üçün gəlmişdilər

Ayətullah Ramazani: “Biz inanırıq ki, Quranın təfsirçiləri və izah edənləri yalnız məsumlardır (əleyhimus-salam) və Məsum İmamın (Hz. Mehdinin) (ə) məsumluq məqamı indiyə qədər davam etdiyi üçün hələ də Quranın həqiqi təfsirçisi və izah edəni vardır. Digərləri isə öz təfsirlərində İlahi ayələrin bəzən bir, bəzən də bir neçə cəhətini açıqlayırlar, bütün cəhətləri bilən yeganə şəxs məsumdur. Biz başqa insanlar üçün belə bir məsumluq mövqeyi hesab etmirik!”

Paşinyan: Rusiyanın təklifləri ilə razıyıq

Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, rəsmi Yerevan Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi Bakı ilə demarkasiyanın hazırlıq mərhələsinə dair təklifi ilə razıdır.

Bu barədə işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan bildirib.

Mənim dünənki bəyanatımdan sonra Rusiya MN demarkasiya və delimitasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliflə çıxış edib. Və mən də təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, – deyə Paşinyan qeyd edib.

Tovuzda gün ərzində ikinci atışma

Turan: Günün ikinci yarısında Azərbaycan Müdafiə Nazirliyi Tovuz rayonunun gün ərzində ikinci dəfə Ermənistan tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. 

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Qara dənizdə baş verənlər o deməkdir ki, Qərb bütün çərçivələrdən çıxıb - Putin

 “Qara dənizdə baş verən proseslər o deməkdir ki, Qərb Rusiyaya qarşı bütün çərçivələrdən kənara çıxıb.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.

O bu günkü çıxışında bölgədə Rusiya ilə Qərb arasında gərginliklərə toxunub və Qara dənizdə baş verənləri Qərbin bütün çərçivələrdən çıxması kimi qiymətləndirib.

'...Redaksiyalara qutularda yemək göndərilirdi'

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 11 illik fəaliyyəti dövründə 20 milyondan artıq mənimsəmə və israfetmənin bir hissəsi restoranlarla bağlıdır. İddia olunur ki, Fondun restoranlarda keçirdiyi tədbirlər zamanı qonaq sayı və qiymətlər şişirdilib, nəticədə külli miqdarda yeyinti olub. Fondun sabiq icraçı direktoru Vüqar Səfərli ilə birlikdə mühakimə olunanların bir neçəsi də restoranların idarəediciləridir.

“Mançester Yunayted” Sulşerlə bağlı qərarını verib

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı qərar verib.

Apasport.az saytım məlumatına görə, Premyer Liqa klubu norveçli mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

Lakin bununla bağlı addım layiqli əvəzləyici tapıldıqdan sonra atılacaq. Bir müddət əvvələdək Sulşeri postunda saxlamaqda israrlı olan mançesterlilər mövsümün gedişində dəyişiklik zərurətinin yaranacağını düşünür. Bu üzdən də İngiltərə nəhəngi yeni çalışdırıcı axtarışına çıxıb.

ABŞ müdafiə naziri: "İran gərginliyi artırır"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ müdafiə naziri mətbuat konfransında İrana qarşı dəfələrlə ittihamlar səsləndirib və İran və Amerika qüvvələrinin region sularında son qarşıdurmasına toxunub.   Müdafiə naziri Lloyd Ostin Pentaqonda mətbuat konfransında deyib:    "İran gərginliyi artırır. ABŞ Yaxın Şərqdə təhlükəsizliyə dərindən sadiqdir".

Müharibədən sonra Qarabağa gələn ermənilərin sayı açıqlandı

Az.shafaqna.com erməni mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədən sonra Ermənistandan Azərbaycan ərazisi olan Qarabağa geri dönən ermənilərin sayı 47 930 nəfərdir.

Bu barədə işğalçı Ermənistan rejimindən məlumat verilib.

Məlumatlar 2020-ci ilin noyabr ayından 2021-ci ilin 30 sentyabr tarixinədək olan dövrü əhatə edir.

Qeyd edilib ki, ermənilərin Qarabağ köçürülməsi prosesi davam etməkdədir.

Ukraynalı sərhədçilərin silah tətbiq etməsinə icazə verildi

Az.shafaqna.coom xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Ali Radası (parlamenti) sərhədçilərə silah və hərbi texnikadan istifadəyə icazə verən qanunu qəbul edib.

Sənədin qəbulunun “lehinə” 450 deputatdan 271-i səs verib.

Qanuna əsasən, ölkənin sərhədlərini və suveren hüquqlarını müdafiə edən ukraynalı sərhədçilər silah, hərbi texnika və məcburedici tədbirlərə əl atmaq hüququna sahibdir.

Ayətullah Ramazani: Əhli-Beyt (ə) ardıcılları Qərb ölkələri üçün bir nemətdir / Qərb cəmiyyətlərində Şiələrin qanunpərvərliklərinin nümunəsi

Ayətullah Ramazani daha sonra “İslamda ünsiyyət sahələri” haqqında danışıb: “Nəfslə ünsiyyət”, “Allahla ünsiyyət”, “Cəmiyyətlə ünsiyyət”, “Beynəlxalq arenada ünsiyyət” və “Təbiətlə ünsiyyət”, beş mövcud olan münasibət növüdur və İslam nöqteyi-nəzərindən onların hər biri üçün xüsusi qaydalar bəyan edilmişdir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bir sıra dini və dinlərarası görüşlər üçün Avropaya səfər edən Ayətullah Rza Ramazani 13 noyabr 2021 tarixdə şənbə günü “Fransada Şiə təşkilatları” üzvləri ilə görüşüb.

SR 2021-ci ildə qətlə yetirilmiş jurnalistlər siyahısına iki Azərbaycanlı reportyorun adını daxil edib

Turan: "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı (SR) 2021-ci ildə peşə öhdəliklərini yerinə yetirərkən öldürülmüş jurnalistlərin siyahısını dərc edib. Siyahıya Azərbaycandan iki jurnalistin adı daxil olub. 

"Sərhədsiz Reportyorlar" (SR) 2021-ci ildə həlak olanlar siyahısına Azərbaycanın "Azərtac" dövlət informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun adını da daxil edib. Hər iki reportyor iyunun 4-də Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olub.

Ərdoğan İsraillə arasındakı fikir ayrılıqlarını minimuma endirmək istəyir

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Herzoq ilə telefon danışığında iki ölkə arasındakı fikir ayrılıqlarının minimuma endirilməsinin tərəfdarı olduğunu bildirib.   Bu barədə Türkiyə liderinin administrasiyası bildirib.   "Danışıqlar zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə olunub.

Günahsız məhbuslara azadlıq!

Vətən üçün fədakarlıq etməkdən çəkinməyən Qarabağ qazisi ölüm aclığına başlayıb. Artıq neçə illərdir ki, siyasi əqidəsinə görə qanunsuz şəkildə həbs edilmiş Saleh Rüstəmli ölkədəki haqsızlıqlara və saxtakarlıqlara qarşı etiraz edir. İllərdir ki, günahsız halda həbsdə saxlanılan Qarabağ qazisi həbsdə 1001 cür əziyyət çəkib, səhhətində ciddi problemlər yaranıb. Çoxlarının gizləndiyi vaxtda öz sinəsini düşmən qarşısında sipər etmiş, torpaqların azadlığı üçün can qoymuş birini həbsdə saxlamaq vicdansızlıqdır.

Riçard Kazlarich: ABŞ Azərbaycan və Ermənistan arasında konkret məsələləri müzakirə etmək üçün birbaşa əlaqə yaratmaq məqsədilə işləməlidir

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan-Ermənistan sərhədində son gərginliklərdən sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəsin əldə edilməsi, Birləşmiş Ştatların artan gərginliklərlə bağlı bəyanatı və ABŞ-ın regionda davamlı sülhə nail olunması səylərini şərh edib.

“Pandora dosyesi” BƏƏ-nin hakim ailələrinin nümayəndələrinin ofşorlarından danışıb

 

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) dərc etdiyi “Pandoranın dosyesi”ndən belə məlum olur ki, BƏƏ-də hakim ailələrin nümayəndələri öz bizneslərini və gəlirlərini ictimaiyyətdən mümkün qədər gizlətmək üçün ofşor şirkətlərdən fəal şəkildə istifadə edirlər. Bundan əvvəl sənəddə BƏƏ-nin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumdan bəhs edilirdi. Onun qeyd edildiyi kimi, Baham adalarında və Britaniyanın Virgin adalarında ofşor xidmətlərindən istifadə təcrübəsi var. Bu barədə məlumatı İslamnews-a istinadən Operativ.tv verib.

Ayətullah Müctəhid-Şəbüstəri dünyasını dəyişib

Xübreqanı Məclisi, Ruhaniyyət camiəsinin mərkəzi şurası və İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü Ayətullah Möhsün Müctəhid-Şəbüstəri dünyasını dəyişib.

Ayətullah Müctəhid-Şəbüstəri Tehranın İmam Hüseyn(ə) xəstəxanasında müalicə alırdı və dünən gecə  dünyasını dəyişib.

Mərhum Ayətullah Müctəhid-Şəbüstəri İranın Ali Liderinin Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin imamcüməsi kimi də fəaliyyət göstərirdi.

ABŞ Rusiyanı dini etiqad azadlığı ilə bağlı "qara siyahı"ya salıb

ABŞ Dövlət Departamenti Rusiyanı dini etiqad azadlığının pozulduğu ölkələr siyahısına daxil edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin dünyada din azadlığına dair illik hesabatında deyilir.

Rusiya ilə yanaşı, bir neçə ölkə dini etiqad azadlığının sistematik, davamlı və kobud şəkildə pozulması faktına görə xüsusi narahatlıq doğuran ölkələr kimi qeyd edilir.

ABŞ və körfəz ərəb dövlətləri İranın nüvə, ballistik raket və PUA fəaliyyəti barədə bəyanat veriblər

 Səudiyyə Ərəbistanında keçirilən toplantıda ABŞ və körfəz ərəb dövlətləri İranın nüvə, ballistik raket və PUA proqramı barədə tənqid xarakterli bəyanat veriblər.

SalamNews xəbər verir ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının nümayəndələrinin Səudiyyə Ərəbistanında keçirilən toplantısında İrana qarşı bəyanat verilib.

Lionel Messi ilin futbolçusu seçilib

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi ilin futbolçusu seçilib.

SalamNews xəbər verir ki, 34 yaşlı futbolçu "Goal" nəşrinin sorğusuna əsasən bu ada layiq görülüb. Messi oxuculardan 14 milyondan çox səs toplayıb.

"Mançester Yunayted" və Portuqliya millisinin hücumçusu Kriştiano Ronaldo 2-ci, "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski isə 3-cü olub.

Razi Hümbətovun məhkəməsi bu gün davam edəcək (Yeniləndi)

12:00

Bu gün ictimai fəal Razi Hümbətovun nəzərdə tutulan məhkəmə iclası növbəti dəfə  baş tutmayıb. Məhkəmə  2 dekabr saat 13:00-a qədər təxirə salınıb.

******

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razı Hümbətovun növbəti məhkəmə iclası bu gün saat 11:30-da davam edəcək. Son məhkəmə, şahidlərin gəlməmə səbəbindən təxirə düşmüşdü. Ümumən Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək dinləmələr pandemiya səbəbindən kütləyə qapalıdır.