23 November 2021

Vəkil: “Saleh Rüstəmov noyabrın 26-dan quru aclığa keçəcək”

Turan: Noyabrın 23-də vəkil Bəhruz Bayramov siyasi məhbus, 18-ci gündür aclıq edən Saleh Rüstəmova baş çəkib.

"O, çətinliklə hərəkət edir, aydın danışmır. Biz şüşə arxasından telefonla danışdıq. Şüşə vasitəsilə telefonla danışdıq. Cəmi 7-8 dəqiqə danışa bildi", - vəkil "Amerikanın səsi"nə bildirib.

Baş həkim deyib ki, onun vəziyyəti ağırdır və məcburi qida qəbul etdiriləcək onu zorla yedizdirəcəklər. Ancaq Saleh Rüstəmli buna kəskin etiraz edir və noyabrın 26-dan quru aclığa keçəcəyini bildirib, vəkil əlavə edib.

SON DƏQİQƏ: Amerikalı hərbçilər Donbasda

Rusiya və Ukrayna arasında Donbasda gərginliyin artdığı bir vaxtda ABŞ bölgəyə hərbçi göndərib.

Msuavat.com Kanal.az-a istinadən xəbər verir ki, amerikalı və ukraynalı hərbçilər bölgədə birgə müşahidələr aparıb. Məlumata görə, Donbasa gələn hərbçilər arasında, mütəxəssislər və rütbəli hərbçilərin olması diqqət çəkib. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib

Qeyd edək ki, ABŞ, Rusiya ordusunun Ukraynaya hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdi. Amerikalı hərbçilərin Donbasa bu xəbərdarlıqdan sonra gəlməsi diqqət çəkib.

Fond bazarı çökdü: Kərimovlar ailəsi 795 milyon itirdi

Bu gün Rusiyanın 4 milyarderi ümumilikdə 2 milyard dollardan çox vəsait itirib.

"Lent.az" xəbər verir ki, bunlar Oleq Tinkov, Leonid Mixelson, Gennadi Timçenko və Süleyman Kərimovdur.

Onların kapitallarının azalmasına səbəb isə Rusiya fond birjasında qiymətli kağızların dəyərdən düşməsi olub.

Təkcə Süleyman Kərimovun ailəsi 795 milyon dollar itirib.

Şahid: “KİVDF-yə bilavasitə rəhbərliyi Əli Həsənov edirdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AİHM Türkiyədə çevrilişə cəhddə ittiham olunan hakimlər barədə qərar qəbul etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyədə həbs olunan 400-dən çox hakim və prokurorun hər birinə 5000 avro məbləğində təzminat təyin edib.   Bu, bu gün AİHM-in saytında dərc edilmiş məhkəmə qərarında qeyd olunub.   Qərarda qeyd olunub ki, müraciət edənlər o vaxt müxtəlif səviyyələrdə hakim və prokuror olmuş 427 nəfərdir. 

Dünyanın ən qədim vəqf edilmiş müzeylərindən biri Xanım Məsumənin (ə) hərəminin muzeyidir

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrət Məsumənin (əleyha səlam) ziyarətgah muzeyi İranın və dünyanın ən qədim vəqf edilmiş muzeylərindən biridir və bu muzey13 noyabr 1963-cü ildə açılış tarixini qeyd edib.

 

 

 

 

Avropa İnsan Hüquqları Məhkəməsi bloklanmış saytlarla bağlı Bakıdan açıqlama tələb edir

Turan: Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan beş şikayət üzrə kommunikasiyaya başlayıb. Onlardan 4-ü Azərbaycan ərazisində bloklanmış saytlarla bağlıdır. Bu barədə Turan-a hüquq sahəsində ekspert Xalid Ağəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən işlər üzrə ərizəçilər "Azadlıq” radiosu" (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır.

Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da baş tutacaq.

Suriyada ABŞ-ın ən böyük hərbi bazasına raketlərlə hücum edilib

Suriyanın şimal-şərqində Həsəka əyalətində yerləşən ABŞ qüvvələrinin olduğu bazaya dörd ədəd raket atılıb.

SalamNews bu barədə Suriya mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Suriyanın şimal-şərqində İraq sərhədinin 10-kmdə yerləşən bir hərbi bazaya dörd ədəd raket atılıb.

Partlayış səsləri əyalətin bir çox bölgələrində eşidilib.

Şeyx Müctəba Lənkəraninin tələbəsi, Kəşmirin “12 İmamçı Üləmalar Cəmiyyəti”nin başçısı vəfat edib

Şeyx Qulam Həsən Vaezi Kəşmirin Henderman məntəqəsində tamamilə dindar bir ailədə anadan olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Höccətül-islam və Müslimin Kəşmirin Kargil məntəqəsinin “12 İmamçı Üləmalar Cəmiyyətinin” rəhbəri olan Şeyx Qulam Vaezi Haqq çağırışına ləbbeyk deyib.

Keçmiş polis rəisi müavininə dələduzluğa görə 7 il həbs

Şamaxı rayon Polis Şöbəsinin sabiq rəis müavini Hüseyn Muradxanova 7 il həbs cəzası kəsildi. Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, polis polkovniki özünü subay göstərib dələduzluq etməkdə suçlu sayılıb. Onun zərərçəkmiş Dürdanə Vəkilovaya 180 min manat ziyan vurduğu iddia olunur.

Ərdoğan müxalifətin erkən seçki çağırışını rədd edir

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcəyi açıqlanıb.   Bu barədə Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışına cavab olaraq bildirib.   "Söhbət hansı növbədənkənar seçkilərdən gedir? Seçkilər 2023-cü ilin iyununda keçiriləcək”, - deyə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

Suriyanın şimalında mərmi zərbələri nəticəsində dörd ordu əsgəri həlak olub

Suriyanın şimalında qruplaşmaların mərmilərdən atəş açması nəticəsində ordunun dörd əsgəri həyatını itirib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın ölkədəki Sülh Mərkəzi bəyanat verib.

Bildirilib ki, İdlib əyalətində radikal qruplaşmaların mərmilərdən atəş açması nəticəsində Suriya Ordusunun dörd əsgəri həyatını itirib.

Rusiya və Pakistan birlikdə terrorçuluqla mübarizə apacaq

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya və Pakistan arasında terrorçuluqla mübarizənin genişləndirilməsinə dair razılıq əldə edilib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

Saziş Moskvada keçirilən Rusiya-Pakistan işçi qrupunun iclası zamanı imzalanıb.

Razılıq çərçivəsində digər təhlükəsizliklə əlaqəli problemlərə qarşı da mübarizə genişləndiriləcək.

Həmçinin tərəflər terror təbliğatının yayılması ilə də mübarizəyə dair öhdəliklərini də təsdiq ediblər.

ABŞ səfiri Rusiya ilə əməkdaşlıq, İranla sərhəddə və Xəzərdə vəziyyət barədə

Turan:  ABŞ xoş məram və səmimiyyətə arxalanaraq Rusiya ilə istənilən məsələ üzrə konstruktiv əməkdaşlığa hazırdır, lakin təəssüf ki, bu, baş vermir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə deyib.

ABŞ Rusiyanın Ukraynaya qarşı hərbi hazırlığından narahatdır ki, bu da ancaq regionda gərginliyi artırır, vəziyyətin sabitləşməsinə xidmət etmir.

Qrossi İranda səfərdədir

Eastnews.org-un verdiyi xəbərə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Rafael Qrossi İran rəsmiləri ilə görüşmək üçün dünən axşam Tehrana gedib.   Qrossinin Tehrana səfəri zamanı AEBA ilə İran Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üçün aydın çərçivənin yaradılması ilə bağlı müzakirələr aparılacaq.   AEBA rəhbəri bu gün səhər İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

İki “P” arasında

Ərdoğan üçün Putinlə Paşinyanın fərqi nədir?

Noyabrın əvvəllərində Türkiyədə Türk Şurası dövlətlərinin görüşü keçirildi. Tədbirdə 6 türk dövlətinin başçısı iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə çıxışında çox maraqlı bir fakt söylədi. Dedi ki, Türk Şurasına üzv olan dövlətlərin qarşılıqlı ticarət dövriyyəsi yerdə qalan bütün dövlətlərlə olan dövriyyənin 3 faizinə barabərdir. Ona görə də hədəf bu rəqəmi 10 faizə qaldırmaq olmalıdır. Amma Ərdoğan idxal iqtisadiyyatının öndəgedən liderlərinə demədi ki, onlar bir-birlərinə nə alıb, nə satmalıdırlar.

Müqtəda Sədr seçki nəticələrinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edib

İraqda "Sədr" fraksiyasının lideri bu ölkənin parlament seçkilərinin nəticələrinin hər hansı dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edib.

ABNA24 Xəbər Verir, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda Sədr ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrinə reaksiyada deyib: "Seçkilər üzrə Ali Komissarlığa parlament seçkilərinin nəticələrinin dəyişdirilməsi üçün təzyiqlər edilir".

"Hizbullah" rəsmisi ABŞ nümayəndələrinin Livana səfərini tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının siyasi bürosunun üzvü Seyid Haşim Safiyuddin ABŞ Konqres üzvlərinin Livana səfirini şərh edib.   O, verdiyi açıqlamada vurğulayıb ki, ABŞ heç bir zaman Livandakı problemlərin həllində maraqlı olmayıb.   "Bölgədəki ABŞ-ın tarixi müttəfiqləri bu gün rəsmi Vaşinqtonun necə güvənsiz olmasından danışırlar. Bu gün ABŞ-a inanmaq və güvənmək ağılsızlıq olar", - deyə Seyid Haşim Safiyuddin diqqətə çatdırıb.

Rusiyada misli görülməmiş səfərbərlik: ordu döyüş mövqeyi tutdu - ŞOK İDDİA

ABŞ kəşfiyyatı Rusiyanın 2022-ci ildə Ukraynaya hücum edəcəyinə inanır.

Musavat.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Blumberq” kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, Moskva Ukraynaya üç istiqamətdən hücum hazırlayır: “Krım yarımadasından, Rusiya-Ukrayna sərhədi tərəfdən və Belarus ərazisindən”.

Avropa və Afrikadan olan bir qrup müsəlman həzrət İmam Əlinin (ə) hərəmini ziyarət edib

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avropa və Afrikadan olan bir qrup müsəlman İmam Əli İbn Əbu Talibin (əleyhiməs əslam) pak hərəmini ziyarət ediblər. Qəderiyə məzhəbinin ağsaqqallarından olan Şeyx “Afif Gilani” bu heyətə rəhbərlik edirdi və onlar İmam Əlinin (əleyhi səlam) hərəmini ziyarət etməklə yanaşı, Ələvi hərəminin müxtəlif yerlərini də ziyarət ediblər.

İstanbula gedən avtobusun yanması nəticəsində 12-i uşaq olmaqla 45 nəfər həyatını itirib (VİDEO)

Bu gün sübh Bolqarıstanın qərbində avtoqəza nəticəsində bir avtobus içindəki sərnişinlərlə birgə yanıb.

SalamNews bu barədə Bolqarıstanın “BGNES” informasiya agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, bu gün saat 04 radələrində Şimali Makedoniyaya məxsus turistləri daşıyan bir avtobus Bolqarıstanın qərbində avtoqəza nəticəsində alışaraq yanıb.

Avtobusda olan 52 nəfərdən yalnız dörd nəfər xilas ola bilib.