01 May 2022

İslamofob irqçi siyasətçidən Qurana hörmətsizlik!

İrqçi siyasətçi Rasmus Paludan Qurani-Kərimi yandırıb. İsveç polisinin icazə verməməsinə baxmayaraq ölkəyə gizlicə girən Paludan Conköping şəhərindəki Raslatt məscidi yaxınlığında Quranı yandırıb. Ətrafda heç kimin olmamasından istifadə edən ifrat sağçı siyasətçi təxribatdan sonra sürətlə hadisə yerindən qaçıb. İsveçin müxtəlif şəhərlərində 1 May İşçi Bayramında Quran yandırmaq üçün nümayiş keçirilməsi üçün icazə istəyən Paludanın müraciəti polis tərəfindən rədd edilib.

BƏƏ-nin vəliəhd şahzadəsi Pakistanın baş nazirini qəbul etdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliyinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl-Nəhyan Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib.

BƏƏ-nin rəsmi agentliyi olan “WAM”ın xəbərinə görə, vəliəhd şahzadə ibn Zayed paytaxt Əbu-Dabidəki Əl-Şati sarayında Pakistanın baş naziri Şəriflə görüşüb.

Söhbət zamanı iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlərlə yanaşı, qədimdən gələn əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub.

Fransada polis etirazçılar əleyhinə hərəkətə keçdi

Fransanın paytaxtı Parisdə aksiya keçirilir.

"Unikal" RİA Novosti"yə istinadən xəbər verir ki, Paris polisi 1 may nümayişində etirazçı kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Beynəlxalq Zəhmətkeşlər Günündə ənənəvi 1 May yürüşü keçirilib. Qara blok hərəkatının radikalları yürüşə qoşulana qədər aksiya dinc xarakter daşıyıb. Onlar zibil qutularını yandırmağa, metal hasarları sökməyə, daş və butulka ataraq polisi təxribata çəkməyə başlayıblar.

Polis gənclərin 1 May aksiyasının qarşısını alıb

Turan: “Demokratiya 1918” gənclər hərəkatının bir qrup fəalı mayın 1-də Bakının Nizami rayonunda “Azad fəhlə” abidəsi önündə Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi Günü münasibətilə aksiya  keçirməyə cəhd edib.

Hərəkatın İdarə Heyətinin üzvü Afiyəddin Məmmədov bildirib ki,

Azərbaycanda uzun illərdir ki, “zəhmətkeşlərin hüquqları” anlayışı unudulur və 1 May günü qeyd olunmur.

Niyə Məhəmməd Bin Salman Ərdoğanı özü qarşılamadı?

Ərdoğan bu yaxınlarda bəzi təmaslar etmək üçün Səudiyyə Ərəbistanına getdi. Ərdoğanın səfəri geniş müzakirə olunarkən, Yaxın Şərq üzrə ekspert olan jurnalist Hüsnü Məhəllidən diqqətçəkən bir yazı gəldi. “Qorxusuz” qəzetində yazan Hüsnü Məhəlli bugünkü köşə yazısında Ərdoğanın Səudiyyə Ərəbistanı səfərindən mediada əksini tapmayan hadisələri işıqlandırıb. O, məqaləsinin “Yazılmamışlar” başlıqlı hissəsində Səudiyyə Ərəbistanının vəliəhdi, müdafiə naziri və Kral Məhəmməd Bin Salmanın prezident Ərdoğanın ölkələrinə səfərinə əhəmiyyət vermədiyini iddia edib.

Hizbullahdan Şəhidlik əməliyyatı ilə bağlı bəyanat

Hizbullah Fələstinin İordan çayının qərb sahilinin şimalındakı Ariel qəsəbəsində həyata keçirdiyi son əməliyyatı təqdir edən bəyanatla çıxış edərək deyib: Bu qəhrəmancasına əməliyyat işğalçı rejimlə mübarizədə, Fələstin və bütün müqəddəs məkanları mövcud vasitələrlə müdafiəsində Fələstin xalqının möhkəm əzmini nümayiş etdirir. Fələstin xalqı öz torpaqlarının azad edilməsinə və Allahın izni ilə tezliklə gələcək tam qələbəyə qədər müqavimət və mübarizə yolunda davam edəcək.

Pakistanda neft anbarında yanğın

Pakistanın Hayber Paxtunxva əyalətinin Noşera şəhərində neft anbarında yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki,  anbarda olan 150 neft tankerinin partlamasından sonra bölgəyə çoxlu yanğınsöndürən və ilk yardım qrupu göndərilib.

Səlahiyyətlilər 5 saatlıq işdən sonra yanğını nəzarət altına almaq mümkün olmadığını desə də, neft bazası yaxınlığında yaşayan vətəndaşlar ərazini tərk ediblər.