05 May 2022

Peter Mixalko: Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişafı iştirakçı ölkələrin öz istəyindən asılıdır.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko mayın 4-də mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir.

Məmmədyarov məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.

İsraildə terror aktı - ölən və yaralılar var

İsrailin Elad şəhərində 40 yaşlı kişi bıçaqla insanlara hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Times of Isreal" qəzeti məlumat yayıb.

Hücum nəticəsində 3 nəfər öldüyü, daha bir neçə nəfərin yaralandığı bildirilir. Hücum edən şəxsin zərərsizləşdirildiyi deyir.

İsrail mətbuatı bıçaqlı hücumu terror aktı kimi qiymətləndirib.

Fələstin İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqını ilə bağlı bəyanat verib

Fələstinin Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin yəhudilərə əl-Əqsa məscidi kompleksinə girmələrinə icazə verməsi və şərait yaratmasına münasibət bildirib.

SalamNews Fələstin Media Mərkəzinin saytı palinfo.com-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi verdiyi bəyanatda İsrailin atdığı addımları “müharibənin elanı” kimi qiymətləndirib.

Razi Hümbətovun məhkəməsi növbəti dəfə təxirə düşdü (yeniləndi)

Bu gün (05.05.2022) narkomaniyaya qarşı mübarizə aparması ilə tanınan ictimai fəal Razi Hümbətovun məhkəməsi növbəti dəfə təxirə salınıb.

Bakı Ağır Cinayətlə məhkəməsində hakim Telman Hüseynovun tapşırığı ilə məhkəmədə iştirak etmək istəyənlər zala buraxılmayıb.

Razi Hümbətovun atası Karrar Hümbətov buna etiraz edərək məhkəməni tərk edib.

Qadağalar qüvvədə qalmaqdadır

Yəmən ordusunun Səudiyyə koalisiyasına aid casus təyyarəsinin Yəmənin hava məkanına daxil olması və BMT-nin atəşkəsi pozması xəbərindən sonra Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs Salam bu atəşkəsin pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib. Məhəmməd Əbdüs Salam rəsmi Tvitter səhifəsində yazıb: “Atəşkəs casus təyyarə tərəfindən pozulduqdan sonra işğalçı qüvvələrin hava qüvvələri Həcc bölgəsindəki Harad qəsəbəsinə hava hücumu həyata keçirib.

Bakıda polis qəzada öldü

Bakı şəhərində polis qəzada vəfat edib.

 Oxu.Az- xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb. 

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

Dünyadakı kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı açıqlandı

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Avropa İttifaqı (Aİ) və müxtəlif qeyri-hökumət təşkilatlarının əməkdaşlığı  ilə hazırlanan  Qida Böhranına Qarşı Qlobal Şəbəkənin (GNAFC) illik hesabatını açıqlayıb.

Azərbaycanın da üzv olduğu OPEC+ təşkilatı neft hasilatının artırılması ilə bağlı bu gün toplantı keçirir

 OPEC+ ölkələri nazirlərinin 28-ci iclası bu gün, mayın 5-də keçiriləcək.

SalamNews xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və OPEC+ iyun ayı üçün neft hasilatının günə 432 min barel artırılması siyasəti ilə bağlı qərar qəbul etmək üçün bu gün, cümə axşamı iclas keçirəcək.

Əqsa məscidində İsrail qüvvələriylə fələstinlilər arasında növbəti dəfə toqquşma baş verdi (VİDEO)

İsrail qüvvələri bu gün əl-Əqsa məscid kompleksində yerləşən Qiblə məscidinin qapılarını sındıraraq içəri daxil olub. 

SalamNews Fələstin mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri ilə əl-Əqsa məscidində olan fələstinlilər arasında yenidən toqquşma baş verib.

Sumqayıtda zavodda qaz balonu partlayıb, qaynaqçı ölüb

Mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.

Əli Həsənovun binası möhürləndi - “Kaspi” Təhsil Mərkəzi əlindən alınıb?

“Kaspi” Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib. Bu barədə Demokrat.az məlumat yayıb.

Bildirilib ki, bu günlərdə Səbail Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıblar və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.