22 September 2022

"Misbahuş-şəriə" kitabı tezliklə satışda

“Əhli-beyt Maarifi Nəşrləri” dini ədəbiyyatın çapını davam etdirir. Nəşriyyatın çapına hazırlaşdığı İmam Sadiqə (ə) mənsub "Misbahuş-şəriə" kitabı tezliklə Əhli-Beyt (ə) sevərlərin ixtiyarına veriləcək. Bu nəfis kitabda İmam Sadiqin (ə) dəyərli nəsihətləri qeyd olunmuşdur. "Misbahuş-şəriə" kitabının bərəkətindən özünüzü məhrum etməyin.

Əmini etirazlarının arxasındakı həqiqət

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Tehran metrosunda Əxlaq Polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra İranın bəzi bölgələrində kütləvi etirazlar başlayıb. Əmininin işgəncələr nəticəsində ölməsi ilə bağlı iddialar İran rəsmiləri tərəfindən rədd edilib. Əmininin ölüm səbəbinin işgəncə olması ilə bağlı iddialar xüsusilə Qərb nəşrlərindən yayılıb. İstintaqı davam edən hadisənin kamera qeydləri paylaşılaraq Əmininin xəbərləri açıqlanıb.

ÖLÜMÜN SƏBƏBİ İŞGƏNCƏDİR?

Çağırış yaşındakı insanlar kütləvi şəkildə Rusiyanı tərk etməyə başlayıblar

Operativ.tv Turan-a istinadən xəbər verir ki, dünəndən etibarən Rusiyanın sərhəd məntəqələrində çağırış yaşındakı kişi əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan videolardan göründüyü qədər, sərhəd məntəqələrində kilometrlərlə uzunluğu olan avtomobil növbələri yaranıb. İnsanlar əsasən Gürcüstana və Monqolustana getməyə çalışırlar, belə ki, digər ölkələrlə sərhədlər bağlıdır.

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda Azərbaycan yığmasını qəbul edəcək Slovakiya seçməsinin heyətində dəyişiklik olub.

Operativ.tv Report-un məlumatına görə, qapıçı Martin Dubravka zədə səbəbindən düşərgədən kənarlaşdırılıb. 33 yaşlı qolkiperi Polşa "Pyast"ının üzvü Frantişek Plax əvəzləyib.

Müqavilə ilə İngiltərənin "Nyukasl" klubuna məxsus olan Dubravka icarə əsasında "Mançester Yunayted"də çıxış edir.

KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.

Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.

"Əfqanıstan xalqının bugünkü vəziyyəti ABŞ-ın 20 illik işğalının nəticəsidir"

İran İslam Respublikası prezidenti vurğulayıb ki; müzakirə üçün danışıqlarla deyil, məntiqli və ədalətli razılaşma və nəticəyə çatmaq məqsədilə danışıqlarla razıyıq və qeyd edib ki, razılaşma düyünü, düyünü vurmuş kəs tərəfindən açılmalıdır.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Seyid İbrahim Rəisi Amerika xarici siyasət ekspertlərindən bir qrupu ilə görüşdə İranın, əcnəbilərin region məsələlərinə qarışmamalarına təkid etməsinin dəlillərindən biri barədə deyib:

İraq Ordusu ölkədə olan İŞİD üzvlərinin sayını açıqlayıb

İraq Ordusu ölkədə gizli fəaliyyətdə olan və təqib edilən minə yaxın İŞİD üzvünün olduğunu bildirib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidmətinin rəsmisi Tahsin əl-Xəfaci açıqlama verib.

O, bəzi əyalətlərdə İŞİD sığınacaqlarının aşkarlanması və həyata keçirilən qəfil əməliyyatlar haqda açıqlama verən zaman bildirib ki, ölkədə İŞİD üzvlərinin sayı minə yaxındır.

Bolqarıstanın qaz istehlakının 19 %-i Azərbaycanın hesabına ödəniləcək

İlin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır ki, bu da qaz istehlakının 19 %-ini Azərbaycan hesabına ödənilməsi deməkdir.

Operativ.tv Report-a istinadən verdiyi məlumata görə, bu fikirlər energetika naziri Pərviz Şahbazovun Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşündə səsləndirilib.

Türkiyə, Rusiya və İran XİN rəhbərləri Nyu-Yorkda üçtərəfli görüş keçiriblər

 Rusiya, İran və Türkiyə xarici işlər nazirləri BMT Baş Assambleyasının 77-ci iclası çərçivəsində Nyu-Yorkda görüşüblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Mövlud Çavuşoğlu Suriya münaqişəsinin nizamlanmasına dair “Astana” danışıqları formatında görüşüblər.

Üç ərəb ölkəsi 2022-ci ildə ordularına 80 milyard dollar xərcləyəcək

Ərəb ölkələrindən biri hərbi xərclərin həcminə görə dünyanın 9 ölkəsi arasında yer alır. Üç ərəb ölkəsinin xərcləri 2022-ci ildə 80 milyard dollara çatacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığı ordusuna ən çox xərc yatıran ərəb ölkəsidir.

İran prezidenti ABŞ-da BMT iclasında çıxışı zamanı Qasim Süleymaninin şəkilini qaldırıb

İran prezidenti Seyid İbrahim Rəisi ötən gün axşam BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı Qasim Süleymaninin şəkilini qaldırıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İbrahim Rəisi burada mərhum Qasim Süleymaninin şəkilini qaldıraraq sabiq ABŞ prezidenti Donald Trampın məsuliyyətə cəlb və mühakimə edilməsini istəyib.

"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.

Operativ.tv Report-a istinadən məlumatına görə, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.

İsrailin Baş naziri: "Britaniya Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini nəzərdən keçirir"

"Böyük Britaniyanın Baş naziri Liz Tras İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsini nəzərdən keçirir".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda Tras ilə görüşdən sonra tviterdə yazıb.

Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb

Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyalarda 1026-dan çox şəxs saxlanılıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

İranda aksiyalarda 10 etirazçı öldürüldü

İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib.

Qeyd edək ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla şəhərində nümayişlər keçirilir.

Erməni silahlıları Azərbaycan postuna hücum etdi

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Husilərin dəstəklədiyi ordu Yəməndə böyük hərbi parad keçirib (VİDEO)

Husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” və ordu Yəmən paytaxtında son illərin ən böyük hərbi paradını keçirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, “21 Sentyabr İnqilabı” günü münasibətilə Ənsarullah hərəkatının dəstəklədiyi hökumət və ordu paytaxt Sənada misli görünməmiş hərbi parada imza atıb.

İran: Ermənistan və Azərbaycana tövsiyə edirik ki, problemlərini danışıq yolu ilə həll etsinlər

 “İki qonşu ölkə Ermənistan və Azərbaycana problemlərini dinc və danışıq yolu ilə həllinə tövsiyə edirik.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.