Dinə qarşı qarışıq oyunların aparıldığı bu dövrdə inanclılar xüsusi olaraq diqqətli olmalıdır

Son dövrlər planlı formada qızışdırılan dini hisslərin yaratdığı fəsadlar, həqiqətən də təhlükənin çərçivəsini böyüdür. Belə hallara ölkəmizdə zamanla rast gəlirik. Hakimiyyətə yaxın qüvvələrin ara-sıra inanca ünvanlı ritorik yanaşmaları, dini çərçivəyə salma, hətta qonşu İran dövləti ilə yaradılan süni gərginllikdə inanclıları hədəfə alma kimi hallar Azərbaycan inanclısının yaşadığı həqiqətdir. Lakin görünən budur ki, bir zamanlar İŞİD adlı açıq kartla aparılan anti-islam təbliğatının bu gün gerçəkləşən qaranlıq oyunları, dünya sərhədlərindən ölkəmizin daxilinə də sürətlə nüfuz etməkdədir. Əlbəttə Məhərrəmilik yaxınlaşdıqca belə hallar ara-sıra danışılır və dövrün media şoumenlərinin güya yetərlilik addımları ilə cəmiyyətdə hansısa bir iş gördükləri fikirini yaratmğa çalışırlar. (Bunu, ona görə hansısa deyə vurğulayırıq ki, hər ilin Aşurası bu işin uğursuzluğuna bariz nümunədir) Lakin hal-hazırda bu addımların, din pərdəsi altında qarışıqlıq yaratmaq istəyən dindən xəbərsiz, eyni halda hakimiyyət cəbhəsinin təmsilçi olduqları və ya bu cəbhədə olduqları fikrini formalaşdırmağa çalışanların addımları həqiqətdə arzulanmaz bir vəziyyətə aparır. Qeyd etdiyimiz kimi bütün bunların hakim cəbhədən səslənməsi, planlı formada gerçəkləşmə ehtimalını da söyləyir. Hansı ki, hazırkı vəziyyətdə dindarların diqqət istiqamətini əsas hədəfdən yayındırmaq üçün bu düşünülmüş taktiki gediş də sayıla bilər.
İkinci məqam bu işdə heç bir dini dünyagörüşü olmayan şəxslərin danışmasıdır. Onların dediklərini ciddiyə almamaq da olar. Əlbəttə dünyada dini prizmada yüksələn gərginliyin sürətli olaraq ölkəmizə ayaq açdığını düşünməsək. Axı sərhədlərin bağlanmasını, bu təhlükənin ölkəmizə yaxınlaşmasına maneə olaraq dəylərəndirmək də avamlıq olardı. Bu gün dağıdıcı təriqətlərin Qərbin təsirində dünyada yaratdığı cəhənnəm heç kəsə gizlin deyil. Sanki yığma komandaya çevrilən və son günlər aktivləşən anti-İslam təbliğatçılarının da hansı ölkələrin maliyyə və hüquqi dəstək altında bu məqama gəlmələri, az da olsa siyasi düşüncəyə malik olanlar üçün gün kimi aydındır.
Belə olan halda qorxulu qıcıq yaratmağa çalışanların fikirlərinin aktivliyi iki əsas fikri söyləməyə əsas verir: Bunlardan birincisi, hakimiyyətin maraqları çərçivəsində dinin növbəti dəfə hədəfə alınaraq inanclılara qarşı reperessiya planı. Bunun üçün bu qıcıq yaradanlar cavab verənləri düşmən olaraq təqdim etməklə iki işi görmüş olacaq. Ölkədə zatən məhdudlaşan dini mühitə növbəti zərbə və ikincisi, hakimiyyətin əsas hədəfdən yayındırmaq üçün medianın diqqətini sətiraltı cəlb etmək. İkincisi isə planlı formada kənar təsirlər və kənar dövlətlərin, xüsusi olaraq Qərbin diktəsi ilə ölkədə dini camiənin əsəblərinə təsir göstərən qıcığı yaradıb ölkəni bu istiqamətdə bənzər dövlətlərin vəziyyətinə qoymaq. Unutmayaq ki, hal-hazırda qonşu Türkiyə də eyni problemi, kənar təsirlərlə dini manipulyasıyanı yaşamaqdadır.
Belə bir vəziyyətdə hər bir inanclıdan xüsusi olaraq diqqətli olmağı rica edir, baş verən bu qarışıq oyunlarda səbr və dözüm, eyni zamanda hadisələri diqqətdə saxlamağı tövsiyyə edərdik.

Müsəlman Birliyi Hərəkatı Mətbuat Xidməti.
17.08.2022.