Dünya ədaləti Qüdsün köksündədir

Müsəlman Birliyi Hərəkatı "Beynəlxalq Qüds Günü" illə bağlı paylaşım edib. Hərəkata aid sosial media səhifəsi üzərindən edilən paylaşımda deyilir:

"İslam dünyasının böyük mütəfəkkiri Ruhullah Xomeyninin hədəfi nişanladığı Qüdsün sionizm pəncəsindən azadlıq çağırışı, düşüncəsindən asılı olmayaraq hər kəsi birləşməyə dəvəti, zaman keçdikcə öz həqiqətini hər kəs üçün aydınlatdı. İllər öncə bu çağırışı bir siyasi manevr hesab edənlər, bu gün şübhəsiz ki, sionizmi təkcə Qüdsün işğalında deyil, insanlıq üzərində bir çox qanlı cinayətlərin icraçısı olaraq tanıyır. Bunun üçün İsrailin ətrafındakı dövlətlər başda olmaqla müsəlman ölkələri ilə davranışlarına baxmaq yetərlidir ki, dünyanın qəlbində açılan bu öldürücü yaranın əhəmiyyəti bəlli olsun. İsrailin dünyanın gözü önündə öldürdüyü Fələstin gerçəkliyi isə bu mövzunun böyük nidasıdır.
Təəssüf ki, Qüdsün inancın, xüsusi olaraq müsəlmanların, İslamın əqidə simvollarından biri olmasına baxmayaraq, dünyada demokratiya illuziyası yaradan ABŞ-ın bu işğalda müttəfiqliyi, İsraildəki səfirliyini Qüdsə daşımaq planı, 40 il öncə səslənən Qüdsün azadlıq çağırışına müsəlman dünyasının hələ də laqeyd qalmasının gətirib çıxardığı həqiqətdir.
Müsəlmanlar laqeyd qaldıqca bu irticaçılar müqəddəs məkan olan Qüds məscidinin daxilində belə insan qətliamı gerçəkləşdirməkdən çəkinmədi. Elə dünyanın ədalət deyən “demokratik” güclərinin gözü önündə!
Bu gün haqq ardıcıllarının birləşərək hədəfləyəcəyi “Qüdsün azalığı” İslam dünyasının nicatı üçün yeganə şüardır. Bəşəriyyətin səmasını örtən qara buludları qovub insanlığa aydın fəza bəxş etmək Qüdsün azadlıq və sülh günəşi olaraq parlamasından asılıdır. İnsanlıq Qüdsün hürriyəti naminə birləşməli və bunu bütün xalqların müstəsna hüququ olan azadlıqların ilk və başlanğıc addımı olaraq səciyyələndirməlidir. Şübhə yoxdur ki, dünyanın ədaləti Qüdsün köksündə daşıdğı dəyərlərdədir".

Müsəlman Birliyi Hərəkatı.