Dünyamız böyük bir mənəvi tənəzzül planıyla üz-üzə

 

Hər gün kiv-lərdə müxtəlif narahatedici xəbərlərlə qarşılaşırıq. Cinsi zorakılıq xəbərləri bunların birincisidir desəm yanılmaram.

 Həmçinin  həmcinsbazlıq, tüğyan edən boşanmalar, çılpaq geyim modalarının artması, ailə dəyərlərini məhv edən telesirallar, evdən qaçan qızlar və bu qəbildən olan digər hadisələr ürəkdağlayıcıdır. Bütün bunları təhlil etdikdə anlayırıq ki, bu gedişat qətiyyən yaxşılığa doğru getmir. Araşdırdıqda məlum olur ki, dünyamız böyük bir mənəvi çöküş və tənəzzül planıyla üz-üzədir. Dünyanı idarə edən imperialist qüvvələr xüsusən siyonizm ideyasının ardıcılları bəşəriyyətin mənəviyyatını hədəfə almışdır.

Sual oluna bilər ki, niyə?!

Cavab: Dünyanı idarə etmək daha asan olsun və bu qüvvələrə heç kim mane olmasın.

 

“Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər”.

Zuxruf surəsi- 54

 

Əlbəttə  Qurani Kərimin ayəsindən belə məlum olur ki, bu metod tarix boyu diktatorların və bəşəriyyəti özünə qul etdirməyə çalışan zülmkarların əlverişli planlarından olmuşdur.  İnsanı eyş- işrətə ifrat qərq etməklə ona bütün istədiyini etdirmək çox asandır.

Uca Rəbbimiz bəşəriyyəti niyyəti mənfur olan insanlıq düşmənlərinin fitnə- fəsadından qorusun.

Amin.

Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu

Sosial psixoloq

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü  /  Elm və təhsil komitəsi