Ermənistanda şəhər merinin avtomobillə vurduğu şəxs ölüb

Ermənistanın Lori vilayətinin Alaverdi şəhərinin meri Sasun Xeçmyanın idarə etdiyi avtomobillə vurduğu şəxs ölüb.

Məlumatı “shamshyan.com” saytı yayıb.

S.Xeçmyan idarə etdiyi “Opel” avtomobili ilə Alaverdi şəhər sakini 51 yaşlı Andrey Avetyanı vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Lori vilayət İstintaq İdarəsində cinayət işi başlanılıb.