Fitrə zəkatı nədir və kimlərə verilməlidir? - Müsahibə

Müsahibimiz ilahiyyatçı Kərbəlayi Fərhad Mirzədir. Biz onunla fitrə kəffarəsi və onunun istifadə qaydası barədə sualları aydınlaşdırmışıq.

-Fitrə zəkatı nədir və kimə verilməlidir?

-Yalnız İslam dininə aid olan Fitrə zəkatı daha çox insanın bütün varlığı, bədənin sağlamlığı üçün ayırılan ianədir və verilməsi vacibdir. Verilməsi isə, şiə əqidəsinə görə ehtiyaclı, on iki imam şiəsi olan şəxslərin olması zəruridir.

-Hər şəxsə görə nə qədər fitrə zəkatı çıxarılmalıdır?

-Bu təqribən üç kq olaraq arpa, buğda, kişmiş, qarğıdalı, un və sairləri ölçüsündə məhsulun çıxarılması dinə görə müəyyən olunub. Şəxs bu qidaların qiymətində pul da çıxara bilər. Bu gün fitrə zəkatı ümumi olaraq 3-10 manat arasında müəyyən olunur.

-Fitrə zəkatı hansı yaşda insanın böynuna gəlir?

- Dünyaya gələn uşaq daxil olmaqla fitrə zəkatı hər kəsin boynundadır. Əlbəttə imkanı varsa. Azyaşlılara onların ailə üzvüləri fitrə zəkatını çıxarmalıdır.

-İnsanın ehtiyac meyarı necə hasablanmalıdır ki, ona fitrə zəkatı verilsin?

-Bir şəxs il ərzində yaşayış ehtiyaclarını ödəyə biləcək qədər qazanc əldə edə bilmirsə bu şəxs fəqir sayılır və ona fitrə zəkatı verilə bilər.

-Hansı səviyyədə yaşayan insan fitrə zəkatını çıxarmaqdan azaddır?

-Fəqir, yəni bir illik yaşayış ehtiyacları üçün qazanc əldə edə bilməyən şəxslər firtə zəkatını çıxarmaqdan azaddır.

-Fitrə zəkatı ən tez və ən gec nə zaman sahibinə çatdırıla bilər?

-Fitrə zəkatı bayram namazına qədə çatdırmaq çox yaxşı olar. Lakin hər hansı bir səbəbə görə yubanma baş verərsə mümkün olan hər bir vaxt fitrə zəkatı sahibinə çatdırılmalıdır.

-Bir ehtiyaclı ailəyə nə qədər fitrə zəkatından pay ayırmaq olar?

-Bir neçə adamın topladığı fitrə zəkatı bir ehtiyaclı ailəyə verilə bilər. Hətta onun bir illik yaşayış ehtiyaclarını qarşılayacaq qədər fitrə zəkatı bir ehtiyaclı şəxsə verilə bilər.

-Fitrə zəkatına görə ayrılan vəsait yalnız qidaya istifadə edilə bilər, yoxsa başqa zəruri ehtiyaclar üçün də istifadə edilə bilər?

-Fitrə zəkatını xəricləmək səlahiyyəti fqirə aiddir. O istənilən ehtiyaclarına görə fitrə zəkatını xərc edə bilər.

-Seyidlərə adi insanlar fitrə zəkatı verə bilərmi?

-Seyidlərə seyid olmayan şəxslər fitrə zəkatı verə bilməz. Əlbəttə, istisna hallar var ki, bir məntəqədə ehtiyaclı seyid olduğu halda ona fitrə zəkatı (xumus və seyid malı) verəcək zəngin seyid olmdığı halda ona adi insan zəruri miqdarda fitrə zəkatı verə bilər. Həyat yoldaşı seyid olmayan ehtiyaclı ailəyə, seyid olmayan tərəfə adi insan fitrə zəkatı verə bilər. Belə olan halda seyid olmayan ailə üzvü bu pulu bütün ailə üçün xərc etməsi icazəlidir.

-Oruc tutmayan (şəri üzürü olan şəxs) tuta bilmədiyi oruclar üçün bir günə nə qədər kəffarə çıxarmalıdır?

-Bu 750 qr çörək və ya onun qiyməti olaraq hesablanmalıdır. Təxminən 1 manat civarında çıxarılsa çox yaxşı olar.

-Oruc tutmağa üzürü olan şəxsin çıxardığı kəffarə kimə verilməlidir?

-Ehtiyaclı fəqirlərə (hansı ki, biz yuxarıda bunun meyarını qeyd etdik)

-Üzürlü oruc tuta bilməyənlər üçün nəzərdə tutulan kəffarə fitrə zəkatı formada xəriclənə bilərmi?

-Oruc üçün nəzərdə tutulan kəffarə fitrə zəkatından fərqlidir. Onu pulu yalnız qidaya xəriclənməlidir.

-Uzaq məsafədə olan şəxslər fitrə zəkatını karta (ehtiyaclının kartına) köçürməklə ehtiyaclıya çatdıra bilərmi?

-Əgər ehtiyaclı şəxs özü pulu onun kartına köçürməyə icazə versə bu iş icazəlidir. Amma fitrə ayıran şəxs ayırdığı fitrə pulunun məbləği qalmaq şərti ilə başqa heç bir pulla əvəz edə bilməz. Hətta onu karta vurduğu halda bank tərəfindən dəyişdirilməsi gerçəkləşəcəyi halda belə fitrə ayıran şəxs bunu edə bilməz.