Əflatun Amaşov Mətbuat Şurasından çıxarılır

Operativ.tv Turan-a istinadən xəbər verir ki, bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə prezidentinin işlər İdarəsinin  orqanı olan “Xalq” qəzetinin baş redaktoru təyin edilib.

Sentyabrın 24-nə ölkə jurnalistlərinin qurultayının keçirilməsi planlaşdırılır ki, qurultay zamanı o, Mətbuat Şurasının sədri vəzifəsindən azad edilməlidir.

Eyni zamanda, Mətbuat Şurasının yeni İdarə Heyəti seçiləcək. Bundan sonra İdarə Heyətinin üzvləri sədr seçəcəklər.

Mətbuat Şurası tamamilə hökumətyönlü qurumdur və orada bütün təyinatlar Prezident Administrasiyasının göstərişilə həyata keçirilir.

Qeyri-rəsmi məlumatlara görə, Əflatun Amaşovun yerinə “525-ci qəzet”in redaktoru Rəşad Məcid təyin ediləcək.