Fələstin Prokurorluğu Şirin Əbu Aqilə araşdırmasının nəticələrini açıqladı

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, Fələstin Baş Prokurorluğu apardığı araşdırmalar çərçivəsində Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin İsrail qüvvələri tərəfindən qəsdən vurulduğunun müəyyən edildiyini açıqlayıb.
Fələstin Baş Prokurorluğu mayın 11-də Fələstinin İordan çayının qərb sahilində açılan atəş nəticəsində başından güllə yarası alan Əl-Cəzirə telekanalının müxbiri Sirin Əbu Aqilənin ölümü ilə bağlı açıqlama verib.
Baş Prokurorluq apardığı araşdırmalar çərçivəsində Şirin Əbu Aqilənin İsrail qüvvələri tərəfindən qəsdən vurulduğunun müəyyən edildiyini açıqlayıb.
Fələstinin Baş Prokuroru Əkrəm Əl-Katib jurnalistlərə açıqlamasında 51 yaşlı Əbu Aqilənin zirehi deşən güllə ilə vurulduğunu deyib və onun dəbilqə və jiletində aydın şəkildə "press" yazıldığını xatırladıb.
Əl-Katib, şahidlərlə görüşlər, hadisə yeri araşdırması və məhkəmə tibb hesabatına əsaslanan tapıntılar əsasında, İsrail səlahiyyətlilərinin Əbu Aqilənin silahlı fələstinlilər tərəfindən öldürülmüş ola biləcəyinə dair iddialarının əsassız olduğunu və hadisə yerində silahlı fələstinli olmadığını müəyyən etdiklərini ifadə edib. Əl-Katib izah edib ki, Nablusda aparılan yarılma və məhkəmə-tibbi ekspertizasına görə, Əbu Aqilə arxadan vurulub və bu, İsrail qüvvələrinin qaçmağa çalışan jurnalist qrupuna atəş açmağa davam etdiyini göstərib.
Hücum zamanı kürəyindən güllə yarası alan Əl-Cəzirə müxbiri Əli Samudinin də kürəyindən yaralandığını xatırladan Əl Katib, “Əli Samudi bir güllə ilə kürəyindən yaralanıb və İsrail qüvvələrinin jurnalistlərə qaçmağa çalışarkən hücumları davam edib”.
Digər tərəfdən, İsrail hərbi prokuroru Əbu Aqilənin öldürülməsindən sonra ordunu hərtərəfli araşdırma aparmağa çağırmışdı, lakin keçən həftə İsrail mediası ordunun cinayət təhqiqatı başlatma planının olmadığını bildirmişdi.