Fransa da Suriyada diplomatik fəaliyyətini bərpa edir

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın diplomatik fəaliyyətini təxminən on il dayandırdıqdan sonra prezident Emmanuel Makron öz səfirini Dəməşqə təyin edib.   Regional media mənbələrinin məlumatına görə, Fransa prezidenti Bricit Kormeni xarici siyasət müşaviri və Fransanın Suriyadakı səfiri təyin edib.   Fransanın Suriyadakı səfirliyi 2012-ci ildən Nikola Sarkozinin prezidentliyi dövründə bağlanıb.   Qeyd edək ki, Kormeni 2016-2018-ci illərdə Fransanın Liviyadakı səfiri vəzifəsində çalışıb.   Çexiya istisna olmaqla, Aİ-yə üzv ölkələr 2011-ci ildə Suriya böhranından sonra bu ölkədəki səfirliklərini bağlayıblar.   Son həftələr başda region olmaqla dünyanın bir çox ölkəsi Suriyaya qayıtmaq və diplomatik fəaliyyətlərini bərpa etmək üçün siyasi hərəkatlara başlayıb.