Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dünyanın hər yerindən başsağlığı və dəstək mesajları gələrkən, müsəlmanların inancları və Hz. Məhəmmədi (s) təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı zəlzələni ələ salıb. “Charlie Hebdo”da dərc olunan karikaturada Türkiyədə baş verən zəlzələ ilə bağlı “tank göndərməyə ehtiyac yoxdur” ifadəsi yer alıb.
Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı bu dəfə zəlzələni ələ salaraq “günün rəsmi” olaraq təxribat xarakterli karikatura dərc edib. Charlie Hebdo, 2015-ci ildə Hz Məhəmmədi (s) təhqir etdiyi karikaturalara görə silahla hücuma məruz qalmışdı.
Fransanın “Charlie Hebdo” jurnalı Türkiyədə zəlzələni lağ etdi