Görəsən İmam Cavadın (ə) “Mən Əbu Bəkrin fəzilətini inkar etmirəm” hədisi səhihdirmi?

Bağışlayan və Mehriban Allahın adı ilə

Görəsən İmam Cavadın (ə) “Mən Əbu Bəkrin fəzilətini inkar etmirəm” hədisi səhihdirmi?

Sual: Görəsən İmam Cavadın (ə) “Mən Əbu Bəkrin fəzilətini inkar etmirəm” hədisi səhihdirmi?

و عن الباقر (ع) قال " و لست بمنكر فضل أبى بكر ، ولست بمنكر فضل عمر ، و لكن أبابكر أفضل من عمر "الاحتجاج للطبرسى تحت عنوان – احتجاج أبى جعفر بن على الثاني فى الأنواع الشتى من العلوم الدينية –

İmam Baqirin  (ə) belə buyurduğu nəql olunub: “Mən Əbu Bəkrlə Ömərin fəzilətini inkar etmirəm, lakin Əbu Bəkr Ömərdən daha fəzilətli idi.

Cavab:

1. Bu hədis Təbərsinin Ehticac kitabında gəlmişdir və heç bir sənədi yoxdur. Təbərsi “rəvayət olunub ki...” yazır və heç bir sənəd də qeyd etməyib.

2. İmam Cavaddan (ə) olan bu hədis Yəhya ibn Əksəmin cavabında qeyd olunub. Yazıçı Əbu Cəfər ləqəbini İmam Cavadla (ə) İmam Baqirin (ə) arasında müəyyən edə bilməyib və bununla tanışlığı da yoxdur. Elə buna görə də bu iki imamın arasında fərq qoya bilməyib. (Çünki hər iki imamın ləqəbi Əbu Cəfərdir – Müt)

3. İmam Cavad (ə) bu mətləbi Əbu Bəkr və Ömərin tərəfdarları arasında buyurmuşdur. Təbiidir ki, bir kəs öz müxalifləri ilə münazirə edən zaman onların bütün əqidələrinə olan müxalifətçiliyini açıq-aşkar elan edə bilməz. Bu surətdə də bunun onlara heç bir təsiri olmayacaq. Həzrət İbrahimin (ə) dastanı kimi. Allah bu qissəni belə nəql edir:

فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآَفِلِينَ .

Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».

 

 فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ .

 

Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»

 

 فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ .

 

Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda görüb dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.» (Ənam 76,77,78)

Həzrət İbrahim (ə) “Günəş, ay, ulduzlar mənim rəbbimdir” deyərkən həqiqətən də bunu qəbul etdiyini demək olmaz. İmam Cavad (ə) da həmçinin öz münazirəsinin əvvəlində düşmənlərinin qəbul etdiyi Əbu Bəkr və Ömərin fəzilətindən danışmış, sonra isə bir cümlə ilə bütün bunları batil etmişdir:

فقال على رأس المنبر : إنّ لي شيطاناً يعترينى، فإذا ملتُ فسدّدونى .

 

Əbu Bəkr mənbərə çıxıb dedi: Şeytan mənə müsəllət olub vəsvəsə edir.

Yazıçı da həmçinin hədisin nəqlində əmanətdarlıq etməmiş və sözün davamını nəql etməmişdir. Amma davamını nəql etsəydi yaxşı olardı.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə