Hindistanda buddistlər müsəlmanlara məscid tikir

Hindistanda bir kənddə sinkxlər və hindular ölkədə artan dini qütbləşmənin qarşısını almaq üçün kənddə yaşayan 5 müsəlman ailə üçün məscid tikirlər.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidən təqribən 400 kilometr şimal-qərbdə yerləşən Pəncab şəhərinin Bhaloor kəndində ictimai birliyin irsini daha da irəli aparmaq üçün yerli sinkxlər və hindular burada nəsillər boyu yaşayan 5 müsəlman ailəyə məscid tikməyə qərar veriblər.

Kənd rəsmisi Sardar Pala Sinx Anadolu agentliyinin müxbirinə açıqlamasında bunları deyib: “Bütün kənd, hamımız bir formada bunun baş verməsinə kömək etdik. Bölünmədən əvvəl burada bir məscid var idi. Bu gün Bhaloorda sinkxlər üçün 7, hindular üçün 2 ibadət yeri var. Bu səbəbdən hamımız müsəlman qardaşlarımızın öz ibadət yerlərinin olmasını çoxdan gözlədiyini hiss etdik.

Bhaloor şəhərində məscidin inşasına iyun ayında başladıq. Ən gözəli isə, hətta Bhalooru tərk edərək xaricdə məskunlaşan sinkx icmasının üzvləri də bizə məscid üçün pul göndərdilər. Başa çatmasını səbirsizliklə gözləyirlər”.

O, Bhaloor və buranın həyat tərzinin bütün Hindistan üçün “sevgi və ictimai birlik dərsi” olmasını istədiyini söyləyib.

Hamının birlikdə rahat yaşaya biləcəyi bir məkan yaratmaq səyləri hər kəs tərəfindən təqdir edildi. Bu məscid, hamımız üçün ən yaxşısını istədiyimizi göstərməyimizin başqa bir yoludur. Bu, hər kəsə, hər yerə fayda verə biləcək bir dərsdir”. Deyerler.org