HƏMAS: Səudiyyə koalisiyası bunun əvəzini ödəyəcək

HƏMAS-ın yüksək rütbəli rəsmisi Fələstinin Yəmənə təcavüzünün sionist rejimin fələstinlilərə təcavüzü ilə eyni olduğunu bildirib: “Ərəb rejimləri bilməlidirlər ki, Qərb və sionistlərlə dostluq faydasızdır”

HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar dünən Səudiyyə-BƏƏ koalisiyası tərəfindən yəmənli mülki şəxslərin öldürülməsinə cavab olaraq deyib: “Fars körfəzindəki ərəb ölkələri Yəmənə qarşı siyasətlərinin və sionistlərlə barışıqlarının əvəzini ödəyəcəklər.Yəmənlilərə qarşı cinayət törədənlərə öz dinlərinə və tarixlərinə qayıtmağı tövsiyə edirəm, çünki Qərb və sionistlərlə dostluğun heç bir faydası yoxdur."

Mahmud Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını da bildirib.

Həmas rəsmisi Sudandakı hazırkı vəziyyət və etirazçılara qarşı repressiyaları sionist rejimin ölkə rəhbərləri arasında nüfuzunun göstəricisi kimi qiymətləndirərək, yəmənlilərə müraciətində deyib: Kim sizə hücum edibsə, ona hücum edin və hər vasitə ilə özünüzü təcavüzkarlardan müdafiə edin."