Həzrət Abbasın (ə) hərəmində Bəqi qəbiristanlığının dağıdılmasının ildönümü münasibətilə matəm məclisi keçirilib

Bəqi qəbiristanlığının dağılmasının 97-ci ildönümü münasibətilə Həzrət Abbasın (ə) hərəmində matəm mərasimi keçirilib. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Məclis mayın 9-u başlayıb və iki gün ərzində davam edib. Bu hadisəni anmaq üçün hərəmə zəvvarlar axın ediblər.

Bəqi qəbiristanlığı Peyğəmbər (s) məscidinin qarşısında yerləşir və müsəlmanlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmü-Gülsüm, Zeynəb, Ruqəyyə, əmisi Abbas, Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyb, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunublar. Bəqidə, həmçinin İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Cəfər Sadiqin (ə) məzarları yerləşir. Məhz bu məzarların üzərində 1925-ci ilədək hərəm var idi. Lakin abidə radikal dini əqidəyə malik şəxslər tərəfindən sökülüb.

 

Sirat.