Həzrət Əbülfəzl Abbas Həzrət İmam Hüseynin (ə) dilindən

Əbülfəzl Abbas qardaşı və imamı olan İmam Hüseyndən (ə) döyüşə getmək icazəsi istədikdə İmam (ə) bərk ağladı. Elə ağladı ki, mübarək yanaqları göz yaşına qərq oldu. Sonra isə buyurdu:

یا أَخی کُنْتَ الْعَلامَةَ مِنْ عَسْکَری وَ مُجْمِعَ عَدَدِنا، فَإِذا أَنْتَ غَدَوْتَ یَؤُلُ جَمْعُنا إِلَى الشِّتاتِ، وَ عِمارَتُنا تَنْبَعِثُ إِلَى الْخَرابِ

Sən mənim qoşunumun bayraqdarı (və ya qoşunumun əzəmət nişanəsi), o qoşunu bir yerə toplayansan. Əgər sən getsən (və şəhid olsan) bizim əsgərlərimiz pərakəndə olar və viran olub aradan gedər.[1]

Yenə də nəql olunur ki, Həzrət Əbülfəzl şəhid olan zaman İmam Hüseyn (ə) buyurdu:

الْانَ إِنْکَسَرَ ظَهْری وَقَلَّتْ حِیلَتی

İndi belim sındı və çarə yolları üzümə bağlandı.

Sonra ağladı və bu şeri oxudu:

تَعَدَّیْتُمْ یا شَرَّ قَوْمٍ بِبَغْیِکُمْ

وَ خالَفْتُمْ دینَ النَّبِىِّ مُحَمَّدٍ

أَما کانَ خَیْرُ الرُّسُلِ أوْصاکُمْ بِنا

أَما نَحْنُ مِنْ نَجْلِ النَّبِىِّ المُسَدَّدِ

أما کانَتِ الزَّهْراءُ أُمّی دُونَکُمْ

 أما کانَ مِنْ خَیْرِ الْبَرِیَّةِ أحْمَد

لُعِنْتُمْ وَ أُخْزیتُمْ بِما قَدْ جَنَیْتُمْ

فسَوْفَ تَلاقُوا حَرَّ نارٍ تُوَقَّدُ

Ey ən pis tayfa, öz azğınlığınızla bizə təcavüz etdiniz. Peyğəmbərin (s) dini ilə müxalifətçilik etdiniz. Peyğəmbərlərin ən yaxşısı bizim barəmizdə sizə göstəriş vermədimi? Biz doğru danışan Peyğəmbərin (s) nəslindən deyilikmi? Həzrət Zəhra (s.ə) sizin yox, mənim anam deyilmi? Məgər Peyğəmbər (s) ən yaxşı insanların nəslindən deyilmi? Etdiyiniz cinayətlərə görə lənətləndiniz və xar oldunuz! Tezliklə yandırıcı odla görüşəcəksiniz![2]

 

 

[1] Bihar əl-ənvar, Əllamə Məclisi, c. 45, s. 41

[2] Mənaqib, İbn Şəhraşub, c. 4, s. 117; Bihar əl-ənvar, c. 45, s. 40; Aşura, rişeha, əngizeha, ruydadha, pəyamədha, s. 493

Tərcümə etdi Şeyx Fərhad Mirzə