İmam Hüseyn (ə) hərəminin xanımlarının onun əzasında yaxa cırıb saçlarını yolmaları səhihdirmi?

Allahın adı ilə

İmam Hüseyn (ə) hərəminin xanımlarının onun əzasında yaxa cırıb saçlarını yolmaları səhihdirmi?

Sual verən: Mehdi Əhmədi

Sual: Bütün kitablarda gəlmişdir ki, İmam Hüseynin (ə) hərəminin bütün qadınları Həzrətin (ə) başsız bədənini görən kimi yaxalarını cıraraq saçlarını açıb tökdülər. Məgər bu cür hərəkətləri etmək İmam Hüseynin (ə) hərəminə yaraşarmı?

Cavab: Əvvəlcə siz deyirsiniz ki, “bütün kitablarda gəlmişdir ki, İmam Hüseynin (ə) hərəminin bütün qadınları Həzrətin (ə) başsız bədənini görən kimi  yaxalarını cıraraq saçlarını açıb tökdülər.” Bunun cavabında deyərik ki, kitablarda “sizin dediyiniz kimi” hədis gəlməmişdir, ən azı isə biz belə bir hədis tapmamışıq. Amma bu barədə nəql olunan hədislərdə “saçlarını açıb tökmək” məsələsinə işarə olunmamışdır.

Birinci hədis (Yezidin məclisində)

ثم وضع رأس الحسين ع بين يديه و أجلس النساء خلفه لئلا ينظرون إليه فرآه علي بن الحسين ع فلم يأكل الرءوس بعد ذلك أبدا و أما زينب فإنها لما رأته فأهوت إلى جيبها فشقت ، ثم نادت بصوت حزين يفزع القلوب ، يا حسيناه ! يا حبيب رسول الله ! يا بن مكة ومنى ! يا بن فاطمة الزهراء سيدة النساء ! يا بن محمد المصطفى . قال : فأبكت والله كل من كان ، ويزيد عليه لعائن الله ساكت ... ثم دعا يزيد عليه اللعنة بقضيب خيزران فجعل ينكت به ثنايا الحسين عليه السلام و جعل يزيد يتمثل بأبيات ابن الزبعري :

ليت أشياخي ببدر شهدوا * جزع الخزرج من وقع الأسل

لأهلوا واستهلوا فرحا * ولقالوا يا يزيد لا تشل

قد قتلنا القوم من ساداتهم * و عدلناه ببدر فاعتدل

لعبت هاشم بالملك فلا * خبر جاء ولا وحي نزل

لست من خندف إن لم أنتقم * من بني أحمد ما كان فعل

 

Yezid İmam Hüseynin (ə) mübarək başını öz qarşısına qoydu. Qadınları da öz arxasında otuzdurdu ki, İmam Hüseynin (ə) mütəhhər (pak) başına baxmasınlar. Lakin İmam Zeynül Abidin (ə) o mübarək başı gördü.  Bu ürək parçalayan səhnəni görəndən sonra o Həzrət (ə) heç vaxt halal kəsilmiş heyvanın başının ətindən yemədi.

Həzrət Zeynəb (ə) qardaşı Hüseynin (ə) başını görən kimi narahatçılığının ağırlığından yaxasını cırdı, sonra isə qəmli və həzin səslə “Vay Hüseyn! Ey Rəsulullahın həbibi! Ey Məkkə və Minanın oğlu! Ey xanımlar xanımı Fatimeyi Zəhranın oğlu! Ey Muhəmməd Müstafanın oğlu!” deyərək fəryad etməyə başladı. Belə ki, Allaha and olsun ki, onun naləsi ürəkləri yandırırdı. Ravi deyir ki, Allaha and olsun, Yezidin məclisində olanların hamısı nalə çəkərək ağladı və Yezid də öz murdar ağzını bağlayıb sakit dayandı... Sonra məlun Yezid Xeyzəran çubuğu istədi. (Bu çubuğu onun üçün gətirdilər). Sonra o, bu çubuqla təkrar-təkrar Rəsulullahın (s) oğlu İmam Hüseynin (ə) dişlərinə vuraraq dedi: Haşimin övladları (səltənət havasında oldular) və (İslamı bəhanə edərək) səltənətlə oynadılar. Həqiqətdə isə heç bir asimani xəbər gəlməmiş və vəhy nazil olmamışdır. (O kafirin “Haşim övladları” deməkdə məqsədi Peyğəmbərə (s) qarşı cəsarət edib onu nəzərdə tutmuşdur). Kaş mənim qövmümün Bədr döyüşündə öldürülən böyükləri indi burda olaydılar və Rəsulullaha (s) iman gətirmiş Xəzrəc tayfasının bizim qılınclarımızın təsiri altında necə ah-nalə etmələrini görəydilər. Belə olan halda onlar bu səhnəni görəndə sevincdən səsləri yüksələr, üzləri isə parlayardı və belə deyərdilər: Ey Yezid, əllərin şikəst olmasın, biz Xəzrəcin böyüklərini Ühüd döyüşündə öldürdük. Bu Bədr döyüşünün əvəzi idi və Bədr döyüşü Ühüd döyüşündən artıq olmadı. Bədrdə qan tökənlərin intiqamını Əhmədi Muxtarın (Peyğəmbərin s) övladlarından almasam Xəndək döyüşündə öldürülən babalarımın nəslindən deyiləm.[1]

Bu rəvayətdə yalnız yaxa cırmaqdan söhbət gedir.

İkinci hədis

عن خالد بن سدير أخي حنان بن سدير قال سئلت ابا عبد الله عليه السلام ... ولا شئ في اللطم على الخدود سوى الاستغفار والتوبة ، وقد شققن الجيوب ولطمن الخدود الفاطميات على الحسين بن علي عليهما السلام .

Xalid ibn Sudeyr deyir: İmam Sadiqdən (ə) (bir insanın atasının, anasının qardaşının və ya qohumlarının ölümü münasibətilə paltarını cırması (yaxasını cırması) barəsində soruşdum. Həzrət (ə) buyurdu: (Öz yaxınlarının müsibətində) üzünə vuran adamın kəffarəsi yoxdur, sadəcə (bu işinə görə) tövbə etməlidir. Həqiqətən də (Kərbəlada Hüseynin (ə) ) hərəminin qadınları Hüseyn ibn Əlinin (ə) müsibətində yaxalarını cırıb üzlərinə vurdular.[2]

Bu iki hədisdə iki mühüm qeyd mövcuddur və onlara diqqət etmək məqsədə uyğundur.

1. İkinci hədisdə İmam (ə) üzə vurma və yaxa cırma məsələsini heç bir problem olmadan hərəmin qadınlarına nisbət verir və onları bu işinə görə danlamır. Buradan bu aydın olur ki, bu əməl hərəmin məqamı ilə ziddiyyəti yoxdur.

2. Bu iki hədisin heç birində hərəmin qadınlarının İmam Hüseynin (ə) müsibətində “saçlarını açıb tökmələri” gəlməmişdir, lakin sizin sualınızın ikinci hissəsi barəsində (üzlərinə vurub yaxalarını cırması hərəmin qadınlarına yaraşarmı?) bir neçə məsələni sizin xidmətinizə çatdırırıq:

İmam Hüseynin (ə) müsibəti ən böyük müsibətdir

Əvvəla Kərbəlada baş vermiş müsibət adi və sadə bir müsibət deyildir. Şəhadətə yetişən şəxs da adi və sadə bir insan deyildir. Əksinə bu müsibət və ağlamaq Allahın höccəti, cənnət cavanlarının sərvərinin əldən getməsinə, şəhadətinə qəmlənmək səbəbinədir. İmam Rza (ə) bu barədə buyurmuşdur:

... قال الرضا عليه السلام ... ان يوم قتل الحسين اقرح جفوننا واسبل دموعنا ، واذل عزيزنا ، أرض كربلا أورثتنا الكرب والبلاء إلى يوم الانقضاء فعلى مثل الحسين فلبيك الباكون ، فان البكاء عليه يحط الذنوب العظام ثم قال " عليه السلام " كان أبى " عليه السلام " إذا دخل شهر المحرم لا يرى ضاحكا ، وكانت الكئابة تغلب عليه حتى تمضى منه عشرة أيام فإذا كان يوم العاشر كان ذلك اليوم يوم مصيبته وحزنه وبكائه ويقول هو اليوم الذى قتل فيه الحسين عليه السلام

İmam Hüseynin (ə) şəhadəti bizim gözlərimizin qapaqlarını yara edib göz yaşlarımızı axıtdı və bizim izzətli şəxslərimizi (zahirdən və camaatın nəzərində) xar elədi. Kərbəla torpağı qiyamətədək çətinliyi, bəlanı bizim üçün irs qoydu. Ağlayanlar Hüseyn (ə) kimisinə gərək göz yaşı töksünlər. Çünki İmam Hüseynə (ə) ağlamaq böyük günahları aradan qaldırır. Sonra buyurdu: Məhərrəm ayı daxil olan kimi heç kəs atam Musa ibn Cəfəri (Musayi Kazim) (ə) gülən görməzdi. Bu ayın on günü hüzn, qəm-kədər ona qalib olardı. Onuncu gün gələn kimi o gün atamın müsibətli, hüznlü günü olardı, atam o günü çox ağlayar və buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) bu gündə şəhid olmuşdur.[3]   

Yaxa cırmaq təkcə İmam Hüseynin (ə) hərəminə adi deyil

İkincisi, yaxa cırmaq təkcə İmam Hüseynin (ə) hərəminə adi deyil, əksinə Həzrət Musa (ə) qardaşı Harun (ə) üçün, Ənsarın qadınları (Ühüd döyüşündə Peyğəmbərin (s) şəhadətə çatma şayiəsini eşidən zaman) Peyğəmbər (s) üçün, İmam Həsən Əskəri (ə) böyük qardaşı vəfat edərkən və atası İmam Hadi (ə) şəhadətə çatarkən yaxalarını çırdılar.

Həzrət Musanın (ə) Həzrət Harunun (ə) vəfatı zamanı yaxasını cırması

... عن الصادق عليه السلام وسأله عن شق الرجل ثوبه على أبيه و أمه وأخيه أو على قريب له فقال : لا بأس بشق الجيوب قد شق موسى بن عمران على أخيه هارون .

 

Xalid ibn Sudeyr deyir: İmam Sadiqdən (ə) (bir insanın atasının, anasının qardaşının və ya qohumlarının ölümü münasibətilə paltarını cırması (yaxasını cırması) barəsində soruşdum. Həzrət (ə) buyurdu: Yaxa cırmağın eybi yoxdur, necə ki, Musa ibn İmran (ə) Harun (ə) vəfat edərkən yaxasını cırdı.[4]

Ənsarın qadınlarının Peyğəmbər (s) üçün yaxa cırmaları

... نساء الأنصار قد خدشن الوجوه ونشرن الشعور وجززن النواصي وخرقن الجيوب وحرمن البطون على النبي ( صلى الله عليه وآله ) فلما رأينه قال لهن خيرا وأمرهن أن يستترن ويدخلن منازلهن ... 

Ənsarın qadınları (Ühüd döyüşündə Peyğəmbərin (s) şəhadətə çatma şayiəsini eşidən zaman) üzlərini cırıb saçlarını açıb tökdülər və kəkillərini yolub yaxalarını cıraraq yemək yeməyi özlərinə haram etdilər. Lakin Peyğəmbəri (s) görən zaman Peyğəmbər (s) onlara xeyir-dua etdi və əmr etdi ki, özlərini örtüb evlərinə getsinlər.[5]

Gördüyünüz kimi Peyğəmbər (s) bu qadınlarla görüşən zaman onlara xeyir-dua edir.

İmam Həsən Əskəri (ə) böyük qardaşı Məhəmməd ibn Əli Əl-Hadinin (ə) vəfatında yaxasını cırdı

محمد بن يحيى وغيره ، عن سعد بن عبد الله ، عن جماعة من بني هاشم منهم الحسن ابن الحسن الأفطس أنهم حضروا - يوم توفي محمد بن علي بن محمد - باب أبي الحسن يعزونه وقد بسط له في صحن داره والنساء جلوس حوله ، فقالوا : قدرنا أن يكون حوله من آل أبي طالب وبني هاشم وقريش مائة وخمسون رجلا سوى مواليه وسائر الناس إذ نظر إلى الحسن بن علي قد جاء مشقوق الجيب ، حتى قام عن يمينه ونحن لا نعرفه ، فنظر إليه أبو الحسن عليه السلام بعد ساعة فقال : يا بني أحدث لله عز وجل شكرا ، فقد أحدث فيك أمرا ، فبكى الفتى وحمد الله واسترجع ، وقال : الحمد لله رب العالمين وأنا أسأل الله تمام نعمه لنا فيك وإنا لله وإنا إليه راجعون ، فسألنا عنه ، فقيل : هذا الحسن ابنه ، وقدرنا له في ذلك الوقت عشرين سنة أو أرجح ، فيومئذ عرفناه وعلمنا أنه قد أشار إليه بالإمامة وأقامه مقامه .

 

Həsən ibn Həsən Əftəs deyir: Məhəmməd ibn Əli ibn Məhəmməd vəfat edən zaman İmam Hadiyə (ə) başsağlığı vermək üçün Bəni Haşimdən olan bir qrup camaatla onun hüzuruna getdik. Həyətdə Həzrət (ə) üçün xalça sərmişdilər və hərəmin qadınları da onun ətrafında oturmuşdu. Mənimlə olan kəslər dedilər: Bizim fikrimizə görə Həzrətin (ə) xidmətçilərindən və qalan camaatdan əlavə 150 nəfərə yaxın Əbu Talib ailəsindən, Bəni Haşimdən və Qureyşdən olan şəxslər Həzrətin (ə) ətrafına yığışıblar. Bu zaman İmam Hadi (ə) İmam Həsən Əskərinin (ə) yaxasını cıraraq məclisə daxil olduğunu gördü. İmam Həsən Əskəri (ə) gəlib atasının sağ tərəfində dayandı. Biz onu tanımadıq. Bir az keçdikdən sonra İmam Hadi (ə) ona baxıb buyurdu: Ey oğlum! Allaha şükr et! İmamət məqamı səndə gerçəkləşəcək. İmam Həsən Əskəri (ə) ağlayaraq şükr etdi, istirca (inna lillah ve inna ileyhi raciun – biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq) kəlməsini dilinə gətirib buyurdu: Əlhəmdu lillahi Rəbbil aləmin (həmd-səna aləmlərin Rəbbi olan Allahındır), Allahdan istəyirəm ki, Allah bizə verdiyi bütün nemətləri sizin həyatınızın qalmasında qərarlaşdırsın (yəni Allah sizin ömrünüzü uzun eləsin!). Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Həsən ibn Həsən Əftəs deyir: Biz onun kim olduğunu soruşduq. Dedilər ki, bu İmam Hadinin (ə) oğlu Həsəndir (ə). O zamanda Həsən ibn Əlinin (ə) 20 yaşı və ya bir az artıq olardı. Biz həmin məclisdə Həsən ibn Əlini (ə) tanıdıq və İmam Hadi (ə) öz kəlamı (فقد أحدث فيك أمرا – yəni “imamət məqamı səndə gerçəkləşəcək” kəlamı) ilə  onun imamətinə işarə edərək onu özünə canişin təyin etdi.[6]

İmam Həsən Əskərinin (ə) İmam Hadinin (ə) şəhadətində yaxa cırması

كشف الغمة ( نقلا من كتاب الدلائل ) لعبد الله بن جعفر الحميري ، عن أبي هاشم الجعفري قال خرج أبو محمد عليه السلام في جنازة أبي الحسن عليه السلام وقميصه مشقوق فكتب اليه أبو عون من رأيت أو بلغك من الأئمة شق ثوبه في مثل هذا فكتب اليه أبو محمد عليه السلام يا أحمق ما يدريك ما هذا قد شق موسى على هارون أخيه .

Əbu Haşim Cəfəri deyir: İmam Hadinin (ə) cənazəsini müşayiət edərkən İmam Həsən Əskəri (ə) yaxasını cıra-cıra bayıra çıxdı. Əbu Ovn Həzrətə (ə) yazdığı bir məktubda belə deyir: Belə bir müsibətdə kimdən və ya hansı imamdan yaxasını cırdığını görmüsən? İmam (ə) ona cavabında belə yazır: Ay axmaq, sən nə bilirsən ki, bu nə işdir? (Yəni mən kimin müsibətində yaxamı cırıram?) Həzrət Musa (ə) da qardaşı Harunun (ə) vəfatında yaxasını cırmışdı[7]

Hicrətin 182-ci ilində Yezid ibn Ömər ibn Hubeyrənin ölümü zamanı yaxalarını cırdılar (İraqda Əməvilərin sonuncu hakimi)

İbn Hubeyrə Vasit şəhərində Abbasilərin əli ilə öldürüləndə Əbu Əta Sindi onun üçün bir mərsiyə yazdı:

ألا إن عينا لم تجد يوم واسط * عليك بجارى دمعها لجمود

عشية قام النائحات وشققت * جيوب بأيدى مأتم وخدود . . .

Vasit şəhərində sənin öldürülən günündə gözlərindən yaş gəlməyən gözlər qurusun! Keçən gecə növhə oxuyan qadınlar sənin müsibətində növhə oxuyub yaxalarını yırtaraq üzlərini cırdılar.[8]

Nəvəvinin ölümündə yaxalarını cırdılar

Nəvəvinin ölümündə də xeyli mərsiyələr yazılmışdır. Onlardan biri də aşağıdakıdır:

خطب رفع من شق الجيوب له ... فقد شققت جَنَاني دون قمصان

(Nəvəvi) böyük şəxsiyyət idi, onun ölümündə yaxalar cırıldı. Mən onun ölümündə nəinki yaxamı cırdım, üstəlik qəlbimi də cırdım.[9]

Alimlərin fətvaları

Üçüncüsü bir çox alimlər bu rəvayətlərə istinad edərək atanın və ya qardaşın ölümündə yaxa cırmanın caiz olduğu haqqında fətva veriblər. Şəhidi-əvvəl (r.ə) buyurur:

واستثنى الأصحاب إلا ابن إدريس  شق الثوب على موت الأب والأخ لفعل العسكري على الهادي  ، وفعل الفاطميات على الحسين ( عليه السلام ) ... عن خالد بن سدير ، عن الصادق ( عليه السلام ) ، وسأله عن شق الرجل ثوبه على أبيه وأمه وأخيه ، أو على قريب له ؟ فقال : لا بأس بشق الجيوب ، قد شق موسى بن عمران على أخيه هارون .

İbn İdris Hillidən başqa (Əllamə Hilli) bütün şiə alimləri ata və qardaşın ölümündə yaxa çırmağı caiz biliblər. Çünki İmam Həsən Əskəri (ə) İmam Hadinin (ə) şəhadətində və İmam Hüseynin (ə) hərəminin xanımları Həzrətin (ə) şəhadətində yaxalarını cırıblar. Xalid ibn Sudeyr deyir: İmam Sadiqdən (ə) (bir insanın atasının, anasının, qardaşının və ya qohumlarının ölümü münasibətilə paltarını cırması (yaxasını cırması) barəsində soruşdum. Həzrət (ə) buyurdu: Yaxa cırmağın eybi yoxdur, necə ki, Musa ibn İmran (ə) Harun (ə) vəfat edərkən yaxasını cırmışdı.[10]

Şəhid-Sani deyir:

شق الثوب على غير الأب والأخ من الأقارب وغيرهم لما فيه من إضاعة المال والسخط بقضاء الله وعلى استثناء الأب و الأخ أكثر الأصحاب لان العسكري عليه السلام شق ثوبه على أبيه الهادي عليه السلام خلف وقدام وفعله الفاطميات على الحسين عليه السلام وعن الصادق عليه السلام إن موسى عليه السلام شق على أخيه هارون ...

Ata və qardaşdan başqa digər yaxınların ölümündə yaxa cırmaq haramdır. Çünki bu iş malın zay olmasına (israfa) və Allahın qəzavü-qədərinə narazılığa (etiraza) səbəb olur. Şiə alimlərinin əksəriyyəti atanın və qardaşın ölümündə yaxa cırmağı haramdan istisna etmişlər, çünki İmam Həsən Əskəri (ə) dəyərli atası İmam Hadinin (ə) şəhadətində yaxasını arxadan və öndən cırmışdır. İmam Hüseynin (ə) hərəminin xanımları da o Həzrətin (ə) müsibətində yaxalarını cırmışlar. Bu barədə İmam Sadiqin (ə) də belə buyurduğu nəql olunmuşdur: Həqiqətən Musa (ə) Harunun (ə) vəfatında yaxasını cırmışdır.[11]

وأما الاستثناء ، فدليله ما استفيض في الأخبار من فعل أبي محمد الحسن عليه السلام على أبيه الهادي عليه السلام ، وفي بعضها تعليل بأن موسى شق ثوبه على هارون ، ولما نقل من فعل الفاطميات على الحسين عليه السلام .

 

Alimlərin ata və qardaşın ölümündə yaxa cırmasının haramdan istisna etmələrinin dəlili bizə gəlib çatmış bir çox rəvayətlərdir, belə ki, yuxarıda bəzilərini qeyd etdik.

Müsəlmanların əzadarlıq ənənəsi

Dördüncüsü şiələri nəzərə almasaq dinindən, məzhəbindən asılı olmayaraq dünyanın digər millətləri arasında da əzizlərinin müsibətində əza saxlamaq adət-ənənəsi geniş yayılmışdır. Bunlar barədə bu kiçik yazının uzanması səbəbindən danışmaq istəmirik. Lakin müsəlmanlar arasında – istər şiə, istərsə də sünni olsun – kitabların nəql etdiyinə əsasən bu əzadarlıq ənənəsinin ruhi xüsusiyyətə malik olmasına da əhəmiyyət veriblər.

Hədis alimləri və tarixçilər yazırlar ki, Peyğəmbərin (s) xanımları o Həzrətin (s) əzasında üzlərinə və sinələrinə vururdular, müsəlmanlar Əbdülmömin, Cuveyni və İbn Covzinin (hamısı əhli-sünnə alimləridir) əzasında təbil çalırdılar və bazarları tətil edirdilər, hətta bir ilə qədər əzadarlıq edirdilər.

Bu hallardan bəzilərini qeyd edirik:

Peyğəmbərin (s) xanımları sinə vuranların birincisi idi

İbn Hişam belə nəql edir:

قال ابن اسحاق وحدثني يحيى بن عباد بن عبدالله بن الزبير عن أبيه عباد قال سمعت عائشة تقول . . . قمت ألتدم مع النساء وأضرب وجهي .

Aişə deyir ki, (Peyğəmbər (s) dünyasını dəyişən zaman) Peyğəmbərin (s) digər xanımları ilə birlikdə sinə vururduq və mən üzümə də vururdum.[12]

 

 

İbn Mənzur “lədm” sözünün mənası haqqında yazır:

لدم : اللدم ضرب المرأة صدرها . . . و التدام النساء : ضربهن صدورهن ووجوههن في النياحة .

 

“Lədm” – “qadının sinə vurması” mənasındadır. “İltidamun nisa” sözü isə “qadınların müsibət zamanı sinə və üzlərinə vurması” mənasındadır.[13]

Salehi Şami Aişənin rəvayəti haqqında yazır:

وهذا الحديث تفرد به ابن إسحاق ، وهو حسن الحديث إذا صرع بالتحدث ، وقد صرح به فقال : حدثني يحيى بن عباد بن عبد الله بن الزبير عن أبيه قال : سمعت عائشة إلخ .

 

Bu hədisi təkcə İbn İshaq nəql edib. O, bu hədisi eşitdiyini aşkar surətdə dediyi üçün bu hədis həsən və etimadlı hədisdir. O, bu hədisdə belə deyir: Yəhya ibn İbad ibn Abdullah ibn Zübeyrdən eşitdim, o da atasınının Aişədən eşitdiyini nəql edir...[14]

İbn Teymiyyə İbn İshaq barədə deyir:

وبن إسحاق اذا قال حدثنى فحديثه صحيح عند أهل الحديث .

Əgər İbn İshaq hədisi eşitdiyini aşkarcasına deyərsə, onun bu hədisi hədis alimlərinin nəzərində səhih hesab olunur.[15]

Əbdul-mömin ibn Xələf üçün əza məclisinin bərpa olunması

Zəhəbi onun tərcümeyi-halında deyir:

الامام الحافظ القدوة . . . قال جعفر المستغفري : أخبرنا أبو جعفر محمد بن علي النسفي ، قال : شهدت جنازة الشيخ أبي يعلى بالمصلى ، فغشيتنا أصوات طبول مثل ما يكون من العساكر ، حتى ظن جمعنا أن جيشا قد قدم ، فكنا نقول : ليتنا صلينا على الشيخ قبل أن يغشانا هذا . فلما اجتمع الناس وقاموا للصلاة [ وأنصتوا ] ، هدأ الصوت كأن لم يكن . . .

... Əbu Cəfər Məhəmməd ibn Əli deyir: Əbdül-möminin cənazəsini müşaiyət olunmasında iştirak edirdim. Təbillərin səsi o qədər qulaqbatırıcı idi ki, sanki Bağdad şəhərinə ordu gəlirdi. Bu mərasim camaat meyyit namazına hazır olanadək davam etdi.[16]

Cuveyni üçün əza məclisinin bərpa olunması

Zəhəbi onun ölümü və əza məclisini belə xatırlayır:

الإمام الكبير،  شيخ الشافعيّة، إمام الحرمين ـ إلى أن قال: ـ توفي في الخامس والعشرين من ربيع الآخر ، سنة ثمان وسبعين وأربع مئة ، ودفن في داره ، ثم نقل بعد سنين إلى مقبرة الحسين ، فدفن بجنب والده ، وكسروا منبره ، وغلقت الأسواق ، ورثي بقصائد ، وكان له نحو من أربع مائة تلميذ ، كسروا محابرهم وأقلامهم ، وأقاموا حولا ، ووضعت المناديل عن الرؤوس عاما ، بحيث ما اجترأ أحد على ستر رأسه ، وكانت الطلبة يطوفون في البلد نائحين عليه ، مبالغين في الصياح والجزع .

... Əvvəl onu öz evində dəfn etdilər. Sonra bir neçə ildən sonra onun cəsədini Hüseynin məqbərəsinə (bəlkə Kərbəlanı nəzərdə tutulur) aparıb atasının yanında dəfn etdilər. Onun matəmində mənbərini sındırdılar, bazarları tətil etdilər və xeyli mərsiyə oxudular. Onun 400 tələbəsi var idi. Bu tələbələr öz ustadlarının matəmində qələm və mürəkkəbqablarını sındırıb bir il əza saxladılar və bir il müddətində əmmamələrini başlarından götürdülər. Bu elə bir həddə çatdı ki, heç kəsin başına əmmamə qoymağa cürəti çatmırdı. Onlar bu müddətdə şəhərin daxilində mərsiyə və növhə oxuyurdular. Onların bu əza saxlamağı o həddə çatmışdı ki, artıq fəryad edirdilər və Allaha üsyankarlıq bildirən ifadələr işlədirdilər.[17]

Ramazan ayı boyunca İbn Covzi üçün əza məclisinin bərpa olunması

Sibt İbn Covzi Ramazan ayının 13-ü, cümə gecəsi vəfat etdi. Zəhəbi bu barədə yazır:

أبو الفرج ابن الجوزي الشيخ الإمام العلاّمة الحافظ المفسر، شيخ الإسلام، مفخر العراق . . . وتوفي ليلة الجمعة بين العشاءين الثالث عشر من رمضان سنة سبع وتسعين وخمس مئة في داره بقطفتا . وحكت لي أمي أنها سمعته يقول قبل موته : أيش أعمل بطواويس ؟ يرددها ، قد جبتم لي هذه الطواويس .

وحضر غسله شيخنا ابن سكينة وقت السحر ، وغلقت الأسواق ، وجاء الخلق ، وصلى عليه ابنه أبو القاسم علي اتفاقا ، لان الأعيان لم يقدروا من الوصول إليه ، ثم ذهبوا به إلى جامع المنصور ، فصلوا عليه ، وضاق بالناس ، وكان يوما مشهودا ، فلم يصل إلى حفرته بمقبرة أحمد إلى وقت صلاة الجمعة ، وكان في تموز ، وأفطر خلق ، ورموا نفوسهم في الماء . إلى أن قال : وما وصل إلى حفرته من الكفن إلا قليل ، كذا قال ، والعهدة عليه. وأنزل في الحفرة ، والمؤذن يقول الله أكبر ، وحزن عليه الخلق ، وباتوا عند قبره طول شهر رمضان يختمون الختمات ، بالشمع والقناديل  و اصبحنا يوم السبت عملنا العزاء و تكلمت فيه و حضر خلق عظيم و عملت فيه المراثي .

... Onun ölümü səbəbinə bazarlar tətil oldu, onun məclisində iştirak edənlər çox idi. Əza saxlayanların çoxu havanın istisindən oruclarını açdılar. Bəziləri istidən özlərini Dəclə çayına atdı... Kəfəndən bir az qalmışdı... Camaat Ramazan ayının sonunadək onun qəbrinin yanında gecə səhərədək qalırdılar. Orada çıraq yandırıb Quran xətm edirdilər. Əza məclisini şənbə günü bərpa etdik. Onun haqqında xeyli çıxışlar oldu. Çox adam iştirak edirdi və onu barəsində mərsiyələr oxuyurdular.[18]

Əgər sünni və şiə alimləri bir alim üçün belə bir əza saxlamağı caiz hesab edirlərsə, deməli İmam Hüseynin (ə) əzasında yaxa cırmaq nəinki o ailəyə yaraşmır, əksinə caiz və düzgün bir əməldir.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

 

[1] Luhuf, Seyyid ibn Tavus, səh. 178-180

[2] Təhzibul-əhkam, c. 8, səh. 325, Kəffarat babı

 

[3] əl-Əmali, Şeyx Səduq, səh. 190-191, babu hədisir-Rza (ə) ən yovmi Aşura, hədis, 199/2; Rövzətul-vaizin, Fətal Nişapuri, c. 1, səh. 210; əl-Mətəmul-Hüseyni, Əllamə Seyyid Əbdülhüseyn Şərquddin əl-Musəvi, c. 4, səh. 10-11

[4] Biharul-ənvar, c. 79, səh. 106, babun fi lətmil xudud və şəqqil cuyub vəs-siyab vən-nihayə

[5] Əl-Kafi, c. 8, səh. 322, babu ğəzvəti uhud; Qissətul-munhəzəmin, hədis, 502

 

[6] Əl-Kafi, c. 1, səh. 326-327, bab, 8; Vəsailuş-şiə, c. 3, səh. 273-274, hədis, 3632, bab, 84; Camiul-əhadisiş-şiə, c. 3, səh. 491-492, hədis, 4823, bab, 8

 

[7] Vəsailuş-şiə, c. 3, səh. 274, hədis, 3634, bab, 84; Camiul-əhadisiş-şiə, c. 3, səh. 490, hədis, 4820, bab, 8;

[8] Təbəri, Tarixi Təbəri, c. 4, səh. 364, Darul-kutubil-elmiyyə - Beyrut; İbn Əsakir, Tarixu mədinəti Dəməşq, c. 65, səh. 334, Darul fikr – Beyrut, 1995 m

[9] Əlauddin Əli ibn İbrahim ibn əl-Əttar (vəfatı 724 h), Töhfətut-talibin fi tərcuməti əl-İmam ən-Nəvəvi, c. 1, səh. 20

[10] Zikruş-şiə fi əhkamiş-şəriə, Şəhidi Əvvəl, c. 2, səh. 56-57

 

[11] Rovzətul-cinan, Şəhidi Sani, səh. 320-321, babu nəbşil qəbr

[12]  İbn Hişam, əs-sirətun Nəbəviyyə, c. 6, səh. 75, hədis, 26391, Taha Əbdur-Rauf Sədin təhqiqi, Darul-cil nəşriyyatı – Beyrut – 1-ci çap, 1411; Əhməd ibn Hənbəl, Müsnəd, c. 6, səh. 274, Qurtubə nəşriyyatı – Misir; Bilazəri, Ənsabul-əşraf, c. 1, səh. 243, Əbu Yəla Mosuli, Müsnəd, c. 8, səh 63, Hüseyn ibn Səlim Əsədin təhqiqi, Darul məmun nəşriyyatı – Dəməşq – 1-ci çap, 1404; İbn Cərir Təbəri, Tarixul-uməm vəl-muluk, c. 2, səh. 232, Darul-kutubil-elmiyyə nəşriyyatı – Beyrut

 

[13] İbn Mənzur, Lisanul-ərəb, c. 12, səh. 539, Daru-sadir nəşriyyatı – Beyrut, 1-ci çap     

[14] Salehi Şami, Subulul-huda vər-rəşad, c. 12, səh. 267, Şeyx Adil Əhməd Əbdul-Movcud və Şeyx Əli Məhəmməd Muəvvəzin təhqiqi, Darul-kutubil-elmiyyə nəşriyyatı – Beyrut – Livan, 1-ci çap, 1414-1993

[15] İbn Teymiyyə Hərrani Kutubun və rəsailu və fətava İbn Teymiyyə fil-fiqh,  33-cü hissə, səh. 86, Əbdurrəhman ibn Məhəmməd ən-Nəcdinin təhqiqi, İbn Teymiyyə dəftərxanasının nəşriyyatı, 2-ci çap; İbn Teymiyyə Hərrani, əl-fətaval kubra, c. 3, səh. 23, Məhəmməd Məxlufun təhqiqi, Darul-mərifə nəşriyyatı – Beyrut

[16] Siyəru əlamin nübəla, c. 15, səh. 480-482; Tarixu mədinəti Dəməşq, İbn Əsakir, c. 10, səh. 272

 

[17] Siyəru əlamin nübəla, c. 18, 468, 476, əl-müntəzəm, c. 9, səh. 20

[18] Siyəru əlamin nübəla, c. 21, səh. 365, 379