İmamların məzarlarının olduğu Bəqi qəbirsanlığına girişə iki ildən sonra icazə verilib

Səudiyyə Ərəbistanın aidiyyatı qurumları koronavirus pandemiyası ilə bağlı məhdudliyyətlərə görə Bəqi məzarlığına girişi qadağan etmişdilər. Artıq ötən gündən bu məzarlığa giriş sərbəstdir.

SalamNews xəbər verir ki, Səudiyyə Ərəbistanın aidiyyatı qurumları iki ildən sonra zəvvarların Bəqi məzarlığına girişinə icazə veriblər.

Qeyd edək ki, bır sıra tanınmış səhabələr, dörd imam və islam dünyasının tanınmış simaları məhz bu məzarlıqda dəfn ediliblər.

Məzarlıq on səkkiz və on doqquzuncu əsrlərdə bir neçə dəfə radikallar tərəfindən dağıntılara məruz qalıb.

Əlavə edək ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyi artıq ümrə ziyarətinə və iki mmüqəddəs hərəmdə namazların camaatla qılınmasına icazə verib. Cari ayın sonundan Azərbaycandan Məkkə və Mədinəyə ziyarət turlarına start verilir.