İnfarktın simptomları nələrdir?

 

İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

O bildirib ki, infarkt ilə müşayiət olunan bu ağrı tez-tez sinədən sol qola doğru yayılır.

"Hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozğunluqları sinə ağrısına səbəb ola bilər. Sinə ağrısı psixoloji əsasda da baş verə bilir. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur" - deyə mütəxəssis qeyd edib.