İngiltərə çempionatı: "Mançester Yunayted" "Arsenal"ı məğlub edib, "Tottenhem" qələbə qazanıb

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

SalamNews xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Tottenhem" doğma meydanda "Brendford"a 2:0 hesabı ilə qalib gəlib.

Günün son görüşündə "Mançester Yunayted" "Arsenal"ı qəbul edib və rəqibini 3:2 hesabı ilə məğlub edib.

"Mançester Yunayted" - "Arsenal" - 3:2
Qollar: Smit Rou, 13 (0:1), Fernandeş, 44 (1:1), Ronaldo, 52 (2:1), Edeqor, 54 (2:2), Ronaldo, 70-pen (3:2)

"Tottenhem" - "Brentford" - 2:0
Qollar: Kanos, 12-avtoqol, Min, 65