İngiltərənin hakim partiyasında islamofobiya üzrə iş açılıb

Britaniyanın baş naziri keçmiş mövqelərindən geri çəkilərək, hökumətdə islamofobiyanı araşdırmaq üçün razılıq verib.
 

ABNA24 Xəbər Verir, Nüsrət Qani Mühafizəkar partiyasının ilk müsəlman qadın üzvü olaraq, parlamentə yol tapdıqdan sonra İngiltərənin nəqliyyat nazirinin keçmiş müavini də oldu. O, bu yaxınlarda müsəlman olduğuna görə işdən kənarlaşdırıldığını bildirib. buna reaksiyalar İngiltərə baş nazirini əvvəlki mövqelərindən geri çəkilməyə və hökumətdə islamofobiyanı araşdırmağa razılaşmağa məcbur edib.

M.M: Biz bu ittihamları ciddi qəbul edirik və xoşbəxtlikdən araşdırma aparılır.

Nüsrət Qani 2020-ci ilin əvvəlində nəqliyyat nazirinin müavini təyin edilib, lakin həmin il vəzifəsindən azad edilib. Onun vəzifədən uzaqlaşdırılması Britaniya parlamentinin bir sıra üzvlərinin də reaksiyasına səbəb olub.

M.Q: Bu ittihamlar xüsusi narahatlıq doğurur, xüsusən ona görə ki, Mühafizəkarlar Partiyasında İslamofobiyanın intensivliyi artıq özünü büruzə verir. İslamofobiya hakim Mühafizəkarlar Partiyasının daxili problemlərindən biridir.

İngiltərədəki müsəlman alimlər hesab edirlər ki, bu ölkədə islamofobiya və müsəlmanlara qarşı hərəkətlər inkaredilməz həddə çatıbdır. 

M.M: Son illərdə İslamofobiya kəskin şəkildə artıb və Qərb mediası da onu daha da qızışdırır, lakin müsbət məqamlardan biri budur ki, cəmiyyət islamofobiya fenomeninin həqiqətən mövcud olduğunu dərk edib.

“Independent” yazıb ki, Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri Boris Conson 2018-ci ildə islamafobiyaya əl atıb və “Daily Telegraph” qəzetində dərc olunan məqaləsində niqablı müsəlman qadınları poçt qutusu və bank oğrularına bənzədib.

İngiltərədəki "YouGov" İnstitutunun sorğusuna əsasən, bu ölkənin hakim Mühafizəkarlar Partiyasının üzvlərinin 57 faizi müsəlmanlara qarşı mənfi münasibət bəsləyir.