İnsan tövbə ilə İlahi məhəbbətin qapısını öz üzərinə aça bilər

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində oxuyub. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. Növbəti çıxışında o İlahi sevgini yaradan amillərə diqqət çəkərək deyib: “ Birmənalıdır ki, İlahi sevgi qazanılandır. Bunu qazanmaq üçün isə insan xüsusi olaraq çalışmalıdır. İlahi sevginin əldə olunması üçün qeyd olunan yollardan biri Allah dininə xidmətdir. Biz bu barədə ötən söhbətlərdə geniş izah vermişik. Başqa bir yol isə insanın özünə nəzarətidir. Xüsusi diqqət tələb edən düşüncə və davranışlara, əmələ diqqət də ötən söhbətlərimizin mövzusu olub. Bu gün biz İlahi sevgini gətirən, günahlardan tövbə haqqında söhbət açacağıq. Tövbə insan ruhu və cisminin paklanması, günahların yaratdığı zülmət pərdəsini aradan qaldırır. Maraqlı odur ki, icrası tələb olunan əməllərin içində tövbə xüsusi əməllərdəndir ki, alimlər bu işdə yuvanmamağa israr edirlər. Günahdan tövbəyə yuvanan insan qaralmış ruhu ilə bərabər hər gün özündə yuvatdığı tövbətinin günah yükünü daşıyır. Bu isə varlığı hər an tənəzzülə uğramaqda olan günühkar insanın məhvinə zəmindir.İnsan tövbə ilə İlahi məhəbbətin qapısını öz üzərinə aça bilər. Günahdan tövbə edib çəkinən və paklanan  insan İlahi məhəbbət ilə mükafatlanır. Tövbə edən insan üçün ilk İlahi məhəbbət, özünü Allah tərəfindən etdiyi günahların üstünü örtməklə nümayiş etdirir. Bu tövbə edən insanın günahlarını gizlədən Allahın tövbə edən insana lütfüdür. Bunun ardınca İlahi rəhmət onun gizlədiyi günahlarını bağışlayıb onu Öz rəhmətinə qərq edir. Lakin bu da son deyil. Allahın tövbə edənə sevgisi, Onun gizlədiyi günah əməlləri əvəzinə bəndəyə savab yazmasıdır. Bu tövbə edən şəxsin yaratdığı İlahi sevginin gəldiyi nəticədir”

Mövzunun ardını gələn cümə günü davam edəcəyini bildirən Hacı Ramil şəhidlərin ruhuna dualar oxumaqla söhbətini bitirib.