İran cavab olaraq Yunanıstanın iki neft gəmisini körfəzdə saxlayıb

İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) Fars Körfəzində Yunanıstana aid iki neft gəmisini saxlayıb.

Operativ.tv SalamNews Tasnim Agentliyinə istinadən xəbər verir ki, bu barədə Sepah-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat verib.

Bildirilib ki, İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri iki Yunanıstan neft gəmisini qanun pozuntularına görə Fars Körfəzində saxlayıb.

Məlumata görə Yunanıstana aid “Prudent Warrior” və “Delta Poseido” gəmiləri Sepah tərəfindən saxlanılaraq İran sahillərinə istiqamətləndiriliblər.

Qeyd edək ki, bundan öncə Yunanıstan öz sahilinə yaxın sularda üzən İran neftini daşıyan gəmini “Vaşinqtonun sanksiyalarını pozmasına” görə saxlayaraq ABŞ-a təhvil verib. Reuters-in iki gün öncə verdiyi məlumata görə ABŞ tərəfi bu gəminin İrana aid olan yükünü boşaltmaqdadır.