İran rəsmisi Əfqanıstanda baş verənlərdən danışdı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Əfqanıstandakı mövcud vəziyyət ilə bağlı açıqlama verib.

 

Səid Xətibzadə açıqlamasında bildirib ki, Əfqanıstan baş verən son gərgin hadisələri İran İslam Respublikası yaxından izləyir.

 

"İran İslam Respublikası gərginliklərin dərhal azaldılması, hüququn üstünlüyünə hörmət və hər tərəfli dialoqu dəstəkləyir. Baş verənlər ABŞ-ın dağıdıcı siyasətinin nəticəsidir", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.

 

O, qeyd edib ki, İran İslam Respublikası sərhəd bölgəsində baş verə biləcək və İrana hansısa ziyan dəyəcəyi təqdirdə lazım olan bütün adekvat addımı atacaq.