İran Türkiyəyə elektrik enerjisi ixrac edəcək

İranın energetika naziri vurğulayıb ki, Türkiyə tərəfinin investisiyası ilə bu ölkənin Van şəhərində tezliklə İranın elektrik enerjisinin Türkiyəyə satışı imkanı yaranacaq.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İslam Respublikası elektrik enerjisinin ixracı və idxalı sahəsində region ölkələrilə razılığa gəlib.

Azərbaycan Respublkası, Türkiyə və Rusiya İran İslam Respublikasın elektrik enerjisinin ixracı və idxalı sahəsində razılaşdığı ölkələrdəndirlər.

İranın energetika naziri Əli Əkbər Mehrabiyan Türkiyəyə birgünlük səfərində Ankarada bu ölkənin energetika və təbii ehtiyatlar naziri, həmçinin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.

Mehrabiyan Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın İrana səfərində iki ölkə prezidentlərinin əldə etdikləri razılaşmaların izlənilməsini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə müzakirələrin ən mühüm istiqamətlərindən adlandırıb və belə deyib: Araz çayı və müştərək sular məsələsi barədə qərara alındı ki, Araz çayı problemlərinin araşdırılması üzrə daimi komitə yaradılsın və iki tərəfi maraqlandıran məsələlər barədə danışıqlar aparılsın.

Mehrabiyan müştərək sular məsələləri barədə texniki-icra danışıqlarının başlanmasının təsirli hesab edilməsinə işarə ilə əlavə edib: Qərara alındı ki, müştərək sular barədəki məsələlərin araşdırılması üçün texniki komitənin ilk iclası gələn il Tehranda keçirilsin.