İran yeni ballistik raketini nümayiş etdirib

İranda bu gün keçirilən hərbi paradda İslam İnqilabı Keşikçiləri Korpusunun “Rizvan” adlı yer-yer tipli ballistik raketi nümayiş etdirilib.

Operativ.tv APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin rəhbərinin dediyinə görə, yeni raket 1400 kilometrə qədər uçuş məsafəsinə malikdir.

İran xəbər agentliklərinin bu raketlə bağlı dərc etdiyi məlumatlarda onun birpilləli maye yanacaqla işləyən raket olduğu və döyüş başlığının “yüksək partlayıcı parçalanma qabiliyyətinə malik” olduğu göstərilir.