İranda ərzaq bahalaşması kütləvi etirazlara səbəb olub

İranda ərzaq qiymətlərinin kəskin bahalaşması ölkədə kütləvi etirazlara yol açıb. Operativ.tv İran medialarına istinadən verdiyi məlumata görə ölkənin qərb hissəsi olan Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz edərək küçələrə çıxıb. Etirazlar insidentlərlə müşahidə olunub və bu səbəbə görə 22-dən artıq etirazçı saxlanılıb. Sosial şəbəkələrdə yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin bəzi şəhərlərdə gözyaşardıcı qazdan istifadə etdiyi də göstərilir. İxtişaşlara yol açan kütləvi etirazlar polislər tərəfindən dağıdılıb.